Ermənistanın
üzərinə götürdüyü öhdəlikləri
yerinə yetirməsi vacibdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi
nümayəndəsi Toivo Klaarı qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Toivo Klaar Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin
salamlarını dövlətimizin başçısına
çatdırdı. Prezident İlham Əliyev salamlara görə
minnətdarlığını bildirdi, onun da
salamlarını Şarl Mişelə
çatdırmağı xahiş etdi.
Görüşdə
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin
normallaşdırılması, sülh sazişinin
imzalanması, kommunikasiyaların açılması, Azərbaycanın
üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi
zamanı itkin düşmüş soydaşlarımızla
bağlı mövzular ətrafında geniş fikir mübadiləsi
aparıldı.
Dövlətimizin
başçısı Brüsseldə keçirilmiş
görüşlərin nəticəsi olaraq əldə
edilmiş razılaşmaların həyata keçirilməsinin
və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata
əsasən, Ermənistanın üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməsinin
vacibliyini vurğuladı.
Azərbaycan.-2022.- 16 iyul.- S.6.