İran
Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə
böyük əhəmiyyət verir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də
İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik
Şurasının katibi Əli Şamxanini qəbul edib.
AZƏRTAC xəbər verir
ki, Əli Şamxani İran Prezidenti Seyid İbrahim Rəisinin
salamlarını dövlətimizin başçısına
çatdırdı. Prezident İlham Əliyev salamlara
görə minnətdarlığını bildirdi,
onun da
salamlarını İran Prezidentinə
çatdırmağı xahiş etdi.
Söhbət
zamanı dövlətimizin başçısı Aşqabadda
Xəzəryanı Dövlətlərin Dövlət
Başçılarının VI Zirvə Toplantısı
çərçivəsində İran Prezidenti ilə
görüşünü məmnunluqla xatırladı, həmin
görüşdə ikitərəfli əməkdaşlığın
inkişafına dair geniş fikir mübadiləsinin
aparıldığını qeyd etdi.
Əli Şamxani Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi münasibətilə xalqımızı təbrik etdi. Qonaq İranın Azərbaycan ilə mehriban qonşuluq və dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu və ölkəmizlə əlaqələrin genişləndirilməsinə həmişə böyük əhəmiyyət verdiyini vurğuladı.
Görüşdə,
ikitərəfli gündəliyə aid olan məsələlər,
o cümlədən İran ilə Azərbaycan arasında nəqliyyat-kommunikasiya
xətlərinin inkişafı və regional məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2022.- 16 iyul.- S.6.