İ.R.Abbasova general-mayor ali
hərbi rütbəsinin
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 24-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Strateji
Obyektlərin Mühafizəsi
Dövlət Agentliyinin
rəisi İlqar Rza oğlu Abbasova
general-mayor ali hərbi rütbəsi verilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 iyul
2022-ci il
Azərbaycan.-2022.- 16 iyul.- S.6.