İlqar Fəhmi: Bu il Vaqif Poeziya Günləri yüksək səviyyədə keçirildi

 

Bu il Vaqif Poeziya Günləri yüksək səviyyədə keçirildi. Bu Poeziya Günləri yarandığı vaxtdan Şuşanın Qarabağın ədəbiyyat mərkəzi olduğu bir daha diqqətə çatdırılır. Şuşalıların sözə, şeirə, poeziyaya münasibəti həmişə fərqli olub. Burada müxtəlif məclislər fəaliyyət göstərib.

Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi söyləyib.

“Dövlətimizin başçısının Qarabağın işğaldan azad olunmasından sonra imzaladığı sərəncamlardan biri Xarıbülbül Festivalının, digəri isə Vaqif Poeziya Günlərinin yenidən keçirilməsi olub. Bu tədbirlər Şuşanın sözmusiqi paytaxtı olaraq yenidən dirçəldilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə keçirilir. Hər il çalışacağıq ki, bu tədbirləri müxtəlif formada keçirək”, - deyə İ.Fəhmi qeyd edib.

 

Azərbaycan.-2022.- 16 iyul.- S.8.