Xalq
yazıçısı: Bu gün bütün dünyaya Şuşanı dirçəltdiyimizi
nümayiş etdiririk
Ötən bir il ərzində Şuşa çox dəyişib. Tarixi şəhərimiz nəzərəçarpan dərəcədə, ildırım sürəti ilə bərpa olunur, gözəlləşir. Şəhər adamı o qədər cəzb edir ki, buraya gələnlər geri qayıtmaq istəmirlər. Şuşada olmaq, onun havasını ciyərlərimizə çəkmək də bizim üçün bayramdır.
Bunu AZƏRTAC-a müsahibəsində Xalq yazıçısı Natiq Rəsulzadə deyib.
Şuşanın Azərbaycanın mədəni
qəlbinə çevrildiyini deyən Xalq yazıçısı bildirib:
“Azad Şuşa
bir çox vacib mərasim, tədbir və festivallara
ev sahibliyi edir, əvvəlki ənənələr bərpa
olunur. İkinci dəfədir
mədəniyyət beşiyimizdə keçirilən Vaqif Poeziya Günləri də
bərpa olunan ənənələr
sırasındadır. Bütün dünyaya Şuşanı dirçəltdiyimizi
nümayiş etdiririk.
İnanıram ki, Şuşa
yaxın illərdə tam bərpa olunacaq və dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcək”.
Azərbaycan.-2022.- 16 iyul.- S.8.