İntiqam
Qasımzadə: Şuşada əvvəlki
ənənələrin bərpa edildiyini
görmək insana xoş
ovqat bəxş edir
Şuşa mənim üçün çox doğmadır. Çünki burada anadan olmuşam. Dünyaya göz açdığım torpaqdan uzun illər ayrı qalmaq mənim üçün çox çətin idi. Allaha min şükür ki, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa intizarımıza son qoydu. Şuşaya ayaq basmaq mənim üçün bayram kimidir. Bu dəfə ikiqat bayram sevinci yaşayıram. Çünki həm Şuşanı ziyarət edirəm, həm də Poeziya Günlərində iştirak edirəm.
Bunu
AZƏRTAC-a müsahibəsində “Azərbaycan”
jurnalının baş redaktoru, Əməkdar incəsənət
xadimi İntiqam Qasımzadə deyib.
İ.Qasımzadənin
sözlərinə görə, Vaqif Poeziya Günləri
böyük şairin işığına
yığışan qələm ustalarının
bayramıdır. “Şuşada
əvvəlki ənənələrin,
çal-çağırın bərpa edildiyini
görmək insana xoş
ovqat bəxş edir.
Azad və abad
Şuşanı görməkdən çox
qürurluyam. Mədəniyyət məkanında
olmaqdan xoşbəxtəm", - deyə o qeyd edib.
Azərbaycan.-2022.- 16 iyul.- S.8.