Xanım
İsmayılqızı: Şuşaya gəldiyimiz
gündən çox qəribə hisslər
yaşayırıq
Şuşaya gəldiyimiz gündən çox qəribə hisslər yaşayırıq. Bu hisslər doğmadır. Biz bu qələbə hissini 44 günlük Vətən müharibəsindən sonra da yaşamışdıq.
Bunu
AZƏRTAC-a müsahibəsində Yazıçılar
Birliyinin və Jurnalistlər Birliyinin üzvü, şair, bəstəkar
Xanım İsmayılqızı deyib.
“Şuşada
keçirilən Vaqif Poeziya Günlərində
iştirakımı, Şuşanın, Cıdır
düzünün ecazkarlığını,
füsunkarlığını görməyimi sözlə
ifadə edə bilmirəm. Şuşa həqiqətən də Qarabağın gözüdür, Azərbaycanın sərvətidir.
Başda Azərbaycan Prezidenti
İlham Əliyev olmaqla,
bütün Ordumuza, igid oğullarımıza təşəkkür
edirəm. Şəhidlərimizin ruhu
qarşısında baş əyirik ki, bu günləri bizə
nəsib etdilər. Bu gün
artıq mədəniyyət beşiyi Şuşada şeir deyə
bilir, hisslərimizi bölüşə bilirik”, - deyə Xanım
İsmayılqızı qeyd edib.
Azərbaycan.-2022.- 16 iyul.- S.8.