Natəvan Dəmirçioğlu:
Ulu Vaqifin bayramı
bütünlükdə poeziyamızın, mənəviyyatımızın
bayramıdır
Vaqif Poeziya Günləri xalqımız üçün yaddaqalan hadisələrlə zəngin oldu.
Bu günün, bu bayramın önəmi bizim üçün çox böyükdür. Azərbaycan tarixi ədaləti bərpa edib və biz dədə-baba yurdlarımıza qayıtmışıq.
Düz 40 illik ənənəsi olan tədbiri yenidən keçiririk, bu gün Vaqifin ruhunu şad edirik. Həm də bu torpağın hər qarışına, hər otuna, çiçəyinə qanları tökülən şəhid ruhlarına səslənirik: “Biz qayıtdıq, biz buradayıq!”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində yazıçı, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu söyləyib.
Yazıçı bildirib: “Yurdu yaşadan oğullar, biz sizi yaşadacağıq. Bu günün baş qəhrəmanı Molla Pənah Vaqif olsa da, günün yükü çoxdur. Ulu öndər Heydər Əliyevin ideyaları bu gün yaşayır.
Ulu Vaqifin
bayramı bütünlükdə poeziyamızın, söz sənətimizin, ictimai
fikrimizin, mədəniyyətimizin, mənəviyyatımızın
bayramıdır”.
Azərbaycan.-2022.- 16 iyul.- S.8.