"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Azərsığorta" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Direktorlar Şurasının sədri

Azər Bayramov          -           Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov  -           Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Gündüz Əliyev           -           Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

Azərbaycan.-2022.- 17 iyul.- S.2.