Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"ndə və 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektrikistilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Energetika haqqında", "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 543-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (I kitab), maddə 2318; 2018, ¹ 5, maddə 956; 2020, ¹ 8, maddə 1041; 2021, ¹ 8, maddə 926, ¹ 12, maddə 1404; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1659 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi"nin 3.1.30-cu yarımbəndi ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1490; 2020, ¹ 7, maddə 896; 2021, ¹ 7, maddə 729, ¹ 8, maddə 926, ¹ 12, maddə 1405; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 aprel tarixli 1660 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Elektrikistilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.3.1-ci yarımbəndə "ötürücüləri" sözündən sonra ", nəql edənləri" sözləri əlavə edilsin;

2.2. 2.3.2-ci və 3.3.2-ci yarımbəndlərdən "Agentlik və" sözləri çıxarılsın;

2.3. 2.6.3-cü yarımbəndə "ötürülməsi" sözündən sonra ", nəqli" sözü əlavə edilsin;

2.4. 3.1.4-cü yarımbəndə "istifadəsinin" sözündən sonra "və enerji effektivliyinin" sözləri əlavə edilsin;

2.5. 3.1.8-ci yarımbənd ləğv edilsin;

2.6. 3.2-ci bənddə "Qaza qənaət və qazdan səmərəli istifadəyə" sözləri "Qazdan səmərəli istifadə və enerji effektivliyinə" sözləri ilə əvəz edilsin.

3. Bu Fərman 2022-ci il iyulun 1-dən tətbiq edilir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2022-ci il

Azərbaycan.-2022.- 17 iyul.- S.3.