"Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (ombudsman)
təsisatının 20 illiyi
(2002-2022)" Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Azərbaycan
Respublikasının orden və
medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun (Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatı, 1992, ¹ 23, maddə 996; 1993, ¹ 23-24, maddə 676;
Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 5, maddə 251; 2003, ¹ 12 (I kitab), maddə 677; 2005, ¹ 4,
maddə 291; 2006, ¹ 10, maddə 846; 2007, ¹ 3, maddə 213; 2008, ¹
6, maddələr 452, 472; 2009, ¹ 1, maddə 4, ¹ 5, maddə 312, ¹
7, maddələr 514, 515, ¹ 12, maddə 974; 2010, ¹ 3, maddə
174, ¹ 11, maddə 960; 2011, ¹ 11, maddə 992; 2012, ¹ 7, maddə
664, ¹ 11, maddələr 1036, 1048, 1061; 2013,
¹ 5, maddələr 460, 478, ¹ 10, maddə 1143, ¹ 12, maddə 1477;
2014, ¹ 6, maddələr 612, 623; 2015, ¹ 12, maddə 1447; 2016, ¹
12, maddələr 1979, 2040; 2017, ¹ 1, maddələr 16, 27, ¹ 7,
maddə 1311, ¹ 10, maddə 1771, ¹ 11, maddə 1962, ¹ 12 (I kitab), maddələr 2242, 2269; 2018, ¹ 2, maddə 168, ¹ 3, maddə 387, ¹ 5, maddələr
841, 859, 874, ¹ 6, maddə 1190, ¹
11, maddə 2207, ¹ 12 (I kitab), maddələr
2465, 2516; 2019, ¹ 3, maddə 369, ¹ 5, maddə 790, ¹ 11, maddə
1693, ¹ 12, maddə 1909; 2020, ¹ 5, maddə 506, ¹ 11, maddələr
1324, 1325, ¹ 12 (I kitab), maddələr 1428,
1430; 2021, ¹ 1, maddə 9, ¹ 12, maddələr
1322, 1324, 1325; Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli
537-VIQD nömrəli Qanunu) 2-ci maddəsinə
"Azərbaycan Respublikası Mülki
Aviasiyanın 75 illiyi (1938-2013)" Azərbaycan
Respublikasının yubiley medalı"
hissəsindən sonra
aşağıdakı məzmunda yeni hissə
əlavə edilsin:
"Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) təsisatının 20 illiyi
(2002-2022)" Azərbaycan Respublikasının yubiley
medalı;".
Maddə 2. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
Maddə 3. "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 iyun 2022-ci il
Azərbaycan.-2022.- 17 iyul.- S.3.