Azərbaycan
ilə Avropa İttifaqı arasında enerji sahəsində
Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu
imzalanıb
Azərbaycanın
layihələri Avropanın enerji xəritəsinin tamamilə
dəyişir
Avropa
İttifaqı İlham Əliyevin timsalında Azərbaycanı
artıq ən etibarlı tərəfdaşlar sırasında
qəbul edir
İyulun
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon
der Lyayen ilə geniş tərkibdə görüşü
keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Avropa Komissiyasının Prezidentini qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, xanım Prezident. Sizi görməyimə çox şadam. Səfərinizə görə minnətdaram. Səfəriniz həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir.
Enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Lakin bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə etdiyimiz məsələlər potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, səfəriniz zamanı biz bu və digər məsələləri müzakirə edəcəyik. Həmçinin bizi bu gün çox mühüm mərasim gözləyir və o, enerji sahəsində yeni geniş əməkdaşlığın başlanmasından xəbər verəcək.
Xoş gəlmisiniz. Sizə uğurlu səfər arzulayıram.
x x x
Avropa Komissiyasının Prezidenti
xanım Ursula Fon der Lyayen dedi:
- Çox sağ
olun. Səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Həqiqətən
söylədiyiniz kimi, bizim
aramızda uzunmüddətli tərəfdaşlıq var. Şərq Tərəfdaşlığı
xüsusi olaraq Azərbaycanı
əhatə edir. Əla münasibətləri
daha da dərinləşdirmək
istəyirik. Bu gün
imzalayacağımız Anlaşma Memorandumuna nəzər salsaq,
qeyd etməliyəm ki,
ilk növbədə, həmin sənəd
nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır.
Orada enerji sektorunda etibarlı tərəfdaşlıq,
eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji
məsələləri xüsusi qeyd edilir. Bir sözlə, sənəd
bu gün təfərrüatla
müzakirə etdiyimiz bütün
məsələləri əhatə edir.
Əlbəttə ki, Sizin
də söylədiyiniz kimi, Anlaşma Memorandumundan başqa, Avropa
İttifaqı ilə Azərbaycan arasında saziş
də nəzərdə tutulur. Bunu elə indicə xarici
işlər naziri ilə müzakirə etdik - həmin sazişə yeni
təkan verək, daha irəliyə gedək
və qalan məsələləri
müzakirə edək.
Azərbaycan.-2022.- 19 iyul.- S.2.