Ş.S.Bağırovun Azərbaycan
Respublikası Dövlət Gömrük
Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi sədrinin birinci
müavini təyin edilsin.
2. Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin sədri
təyin olunanadək həmin vəzifənin müvəqqəti
icrası Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu
Bağırova həvalə edilsin.
3. Bu
Sərəncam imzalandığı gündən qüvvəyə
minir.
İlham
Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 iyul
2022-ci il
Azərbaycan.-2022.- 19 iyul.- S.4.