Prezident
Administrasiyasının rəhbəri Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin
icraçısını komitənin kollektivinə təqdim edib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin olunmuş, DGK-nın sədri vəzifəsi həvalə edilmiş Şahin Bağırovu komitənin kollektivinə təqdim edib.
AZƏRTAC xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında dövlət idarəetməsinin bütün sahələrində köklü islahatların aparıldığını vurğulayıb. Qeyd edib ki, islahatların əsas məqsədi idarəetməni daha da təkmilləşdirmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığa nail olmaq və vətəndaş məmnunluğunu təmin etməkdən ibarətdir. Samir Nuriyev dövlətimizin başçısının gömrük orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdırıb.
Dövlət
Gömrük Komitəsi sədrinin birinci müavini, Dövlət
Gömrük Komitəsi sədrinin vəzifələrini icra
edən Şahin Bağırov göstərilən yüksək
etimada görə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə minnətdarlığını ifadə
edib. Şahin Bağırov gömrük
xidmətində çalışan həmkarları ilə
birlikdə dövlətimizin başçısının
etimadını doğrultmaq üçün bütün
imkanlarını səfərbər edəcəyini və gömrük orqanlarının fəaliyyətində
keyfiyyət dəyişikliyinə nail olmaqdan ötrü səylə
çalışacağını vurğulayıb.
Azərbaycan.-2022.- 19 iyul.- S.4.