Beynəlxalq
Cüdo Federasiyası Azərbaycanda cüdonun
inkişafını yüksək qiymətləndirir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Beynəlxalq
Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu
bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda
cüdo idman növünün inkişafına verdiyi dəstəyi
qeyd etdi.
Prezident
İlham Əliyev cüdoçularımızın əldə
etdikləri son nailiyyətlərdən danışdı,
onların beynəlxalq turnirlərdə daha uğurla
iştirak etdiklərini vurğuladı, Azərbaycan Cüdo
Federasiyasındakı dəyişikliklərə toxundu.
Dövlətimizin
başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən
ölkəmizdə idmanın bu növü ilə
bağlı verilən tövsiyələrin önəmini
vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına,
xüsusilə gənc nəslin bu idman növünə
marağının artırılmasına xidmət etdiyini
bildirdi.
Qonaq
ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal
üzvü olduğunu məmnunluqla qeyd etdi və uğurlu əməkdaşlığın
həyata keçirildiyini dedi. Marius Vizer Azərbaycanda
cüdonun inkişafına göstərilən diqqəti
yüksək qiymətləndirdi.
Azərbaycan.-2022.- 20 iyul.- S.2.