Ceyhun
Bayramov: "Ermənistanla münasibətlərin
normallaşdırılması üçün ərazi
bütövlüyünün qarşılıqlı
tanımasından başqa alternativ yoxdur"
Azərbaycan
ilə Ermənistan arasında əlaqələrin
normallaşdırılması beynəlxalq səviyyədə
tanınmış sərhədlər daxilində bir-birinin ərazi
bütövlüyünü, suverenliyini
qarşılıqlı tanımağa əsaslanmalıdır.
Münasibətlərin normallaşdırılmasında bundan
başqa alternativ yoxdur.
AZƏRTAC
xəbər verir ki, bunu Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının
(Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri
üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuata
birgə bəyanatında deyib.
“Avropa
İttifaqı postmünaqişə dövründə
mühüm rol oynayır. Bu mənada Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin səylərini
və dəstəyini alqışlayırıq. Brüssel
görüşləri Cənubi Qafqazda sülh, təhlükəsizlik
və rifahın təmin edilməsi üçün çox
faydalı idi”, - deyə nazir qeyd edib.
Minatəmizləmə
prosesinin postmünaqişə dövründə yenidənqurmanın
əsas elementi olduğunu deyən C.Bayramov bildirib ki, ölkəmizin
işğaldan azad olunmuş ərazilərində minatəmizləmə
işlərinə daha böyük beynəlxalq yardımın
göstərilməsinə ehtiyac var. “Humanitar minatəmizləmə
sahəsində göstərilən köməyə və son
olaraq 4 milyon avroluq yardım paketinə görə Avropa
İttifaqına minnətdarıq”, - deyə nazir
vurğulayıb.
Azərbaycan.-2022.- 20 iyul.- S.6.