Cozep Borrell : Avropa
İttifaqı regionda normallaşmanı və
sülh istiqamətində səyləri dəstəkləməyə
hazırdır
Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır. Azərbaycanla əməkdaşlığımız daha intensivləşib.
AZƏRTAC xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə mətbuata birgə bəyanatında söyləyib.
“Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Dünən Bakıda imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji əməkdaşlıq barədə Anlaşma Memorandumunu bizə Azərbaycandan qaz idxalının həcmini iki dəfə artırmağa imkan verəcək. Bu, gələcəkdə Azərbaycanla Aİ arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa da yol açacaq.
Hazırda Azərbaycanla yeni tərəfdaşlıq sazişinə dair danışıqların vacib mərhələsindəyik. Bu yeni saziş bizim əməkdaşlığımızı və siyasi dialoqumuzu daha da gücləndirəcək. Avropa İttifaqı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini dəstəkləyir”, - deyə o bildirib.
C.Borrell,
həmçinin qeyd edib ki, Avropa İttifaqı Cənubi
Qafqazda sülhü, tərəqqini təşviq edən, buna
şərait yaradan bütün səyləri dəstəkləyir.
“Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan görüşü təqdir edirəm. Avropa İttifaqı regionda
normallaşmanı və sülh istiqamətində
səyləri dəstəkləməyə hazırdır”, -
deyə Ali Nümayəndə qeyd edib.
Azərbaycan.-2022.- 20 iyul.- S.6.