Xarici işlər
naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
İyulun
19-da Brüssel şəhərinə işgüzar səfəri
çərçivəsində xarici işlər naziri Ceyhun
Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında
görüş keçirib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki, görüşdə NATO-Azərbaycan
tərəfdaşlığının hazırkı vəziyyəti
və perspektivləri, eləcə də regional məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.
Nazir, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib. Bu kontekstdə azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa / quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb. Eyni zamanda, postmünaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb.
NATO-nun Baş
katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş
olduğunu qeyd edərək,
Azərbaycanın müdafiə islahatları və NATO
missiyalarına töhfələrini yüksək qiymətləndirib.
Baş katib, həmçinin
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində oynadığı rolu
məmnunluqla vurğulayıb.
Azərbaycan.-2022.- 20 iyul.- S.6.