İlham Əliyev Böyük qayıdışı başlatdı

 

 

İllər idi ki, əllərimiz Tanrıya uzanıqlı qalmışdı. O torpaqlara qayıtmaq üçün Ulu Tanrıya dualar  edirdik, yalvarırdıq... Hər il, hər bayram qurbanlar deyirdik.

Hər əlamətdar gündə ürəyimizdə  bir niyyətimiz olurdu: "Kaş gələn il bayramımızı Qarabağ  torpaqlarında keçirə bilək..." O torpaqlarsa çox uzaq idi. Oralara gedib çıxmaq bir xəyal kimi görünürdü. Bununla yanaşı, bizim xəyal etdiklərimizi onun gerçəkləşdirə biləcəyinə inanırdıq. Yalnız o, Müzəffər Ali Baş Komandan İlham Əliyev vaxtın nə zaman yetişəcəyini, məqamın nə zaman gələcəyini dəqiq bilirdi...

27 sentyabr 2020-ci ildə səhər-səhər xalqın qarşısına çıxıb yumruğunu qəzəblə düyünləyib, vaxtın, zamanın yetişdiyini dedi...

Ona güvənən xalq bir olub arxasında durdu. "Dəmir Yumruğ"a döndü, düşmənə qəzəb püskürdü...

Ali Baş Komandan qurduğu ordu ilə düşmənin üstünə yeridi. Düşmənin zəhri çatladı. Bizdən aldıqlarını, bizim olanı bir-bir geri qaytardı... Gücü, qətiyyəti, dəmir iradəsi, dəmir məntiqi ilə İlham Əliyev düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi...

Ermənilərin 1993-cü ilin yağışlı, soyuq bir payız günündə üç tərəfdən  mühasirəyə alıb, on minlərlə əhalisini Araza töküb işğal etdikləri Zəngilanı 27 il sonra 28 oktyabrda müzəffər ordusu ilə azad etdi... Geri qaytardı!

Bir gün ailəsini götürüb birinci özü getdi, düşmənin viran qoyub, xarabazarlığa çevirdiyi Zəngilana. Biz bütün torpaqlarımıza yenidən həyat verəcəyik, quracağıq, yaradacağıq, abadlaşdıracağıq, bu torpaqları cənnətə döndərəcəyik, - dedi. Bu torpağın, bu vətənin sahibi olduğumuzu qurmaqla, yaratmaqla, yol çəkməklə, həyat verməklə dünyaya göstərmiş oldu. Zəngilan rayonunun viran qalmış Ağalı kəndinin bünövrəsini öz əlləri ilə  qoydu.

 

 

 

Ağlaya-ağlaya çıxdıqları Ağalıya gülə-gülə qayıdırlar

 

 

Maraqlıdır, görəsən nədən Ağalıdan başlandı bu qayıdış? Zəfərdən sonra Böyük qayıdış üçün nədən Ağalı kəndi seçildi?

Ötən əsrin doxsanlarında ölkəmizdə  bir hakimiyyətsizlik, özbaşınalıq, bir xaos hökm sürürdü. Ermənilər Vətənimizi sahibsiz görüb torpaqlarımıza hücum çəkdilər. Yurdumuza sahiblənmək istəyirdilər... Amma ürəklərində bir qorxu, tərəddüd hissivar idi. Bir gün Vətənin əsl sahibinin qayıdacağını bilirdilər. Viran qoymaqla, sökməklə, dağıtmaqla, yandırmaqla torpağa sahib olmaq mümkün deyil. Mütləq qayıdışa Ağalıdan başlamaqda da bir məntiq var. Bunu düşmənə verilən bir mesaj da hesab etmək olar: "Bu torpağın öz sahibləri var. Bu torpağa onun əbədi və əzəli sahibləri ağalıq edə bilər deməkdir" - ifadəsi yerinə düşürdü. Ağalıdan başlanan bu Böyük qayıdışın bir mənası da budur. Reallıq isə  budur ki, ağalılar bu gün  29 il əvvəl göz yaşı, qorxu, həyəcan içində, ölümün pəncəsindən güc-bəla ilə qaçıb xilas olduqları Ağalı kəndinə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sevincin qanadında gülə-gülə, ümidlə, arzu ilə qayıdırlar.

 

 

 

İşğala qədərki kənd

 

 

 

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə dörd mərhələdə 41 ailənin köçürülməsi nəzərdə tutulub. Artıq 10 ailə bu gecə öz doğma torpaqlarında, tikilmiş evlərində yeni həyatlarına başladılar.

Köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilibbu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Ağalıya qayıdanlar arasında Birinci, İkinciÜçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

 

 

 

"Ağıllı kənd"də ağıllı işlər

 

 

 

Bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Yenidən qurulan Ağalıda "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" mərkəzi, DOST mərkəzi, KiçikOrta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, istisoyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi işlər bu konsepsiyanın tərkib hissələridir.

Kənddə Ailə sağlamlıq mərkəzi, uşaq bağçası, tam orta məktəb də sakinlərin istifadəsində olacaq.

Ağalıya dönən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və digər xidmət, səhiyyə, təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Kəndin sakinlərinə peşələrinə uyğun yerləri təklif olunub.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

O, vəd vermir. O, düşündüklərini edən, xəyallarımızı gerçəkləşdirə  bilən tək, şəriksiz liderdir. Bu gün başlanan Böyük qayıdışın bir gün Xocalıdan keçəcəyinə heç kimdə şübhə olmasın. Görülən uğurlu işlər, əldə olunan nəticələr bu günlərin çox uzaq olmadığından xəbər verir.

 

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2022.- 20 iyul.- S.7.