Onlar dövlətin qüruru, dövlət isə onların dayağıdır

 

Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğılarına diqqət ölkəmizin sosial siyasətinin əsas istiqamətidir

 

 

Azərbaycan Prezidenti son illər ərzində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları ilə saysız görüşlər keçirmişdir. Dövlət başçısı müharibədən əvvəlki bütün görüşlərdə qeyd edirdi ki, nəyin bahasına olursa-olsun öz torpağımızı qaytaracaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz də əvvəlki illərdə şəhidlərimizin xatirəsini yad edərək özümüzə söz verirdik ki, onların qisasını alacağıq. Bu gün isə  qürur hissi ilə deyə bilərik ki, şəhidlərimizin qanını yerdə qoymadıq.

Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Birinciİkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinin sosial problemlərinin həlli üçün ölkəmizdə böyük işlər görülürbu işlərin arası kəsilməyəcək: "Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu günbu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq".

Bu gün müharibə əlillərinə ən böyük qayğıkeşliyi yenə də Azərbaycan Prezidenti göstərir. Dövlət başçısı hər zaman qaziləri hospitallarda ziyarət etmişdir. Döyüş bölgələrində də ilk maraqlandığı insanlar hərbçilər olmuşlar.

Bu, təbii ki, təsadüfi deyil. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz şücaətlər göstərmiş, ölümün üstünə şığımaqdan belə, çəkinməmişdir. Bu qeyri-adi bir müharibə idi. O, nə qədər amansız və sərt olsa da, erməni işğalçıları anladılar ki, onlar bizdən dəfələrlə zəifdirlər. Dünyada belə sürətlə və əzəmətlə döyüşən orduya az-az rast gəlinir.

Böyük zəfərdən sonra isə şəhid ailələri, müharibə əlilləri və iştirakçılarının sosial müdafiəsinə dövlət tam ciddiyyəti ilə yanaşdı, onların qayğılarının həlli üçün zəruri addımlar atdı. Postmüharibə dövründə 100 min unikal fərdə 193 min xidmət göstərilmişdir. Sosial ödənişlər çərçivəsində isə 94 min şəxsə 105 min sosial ödəniş təyin olunmuşdur. Ötən il sosial müavinətlər 60, bu il isə təqaüdlər 60 faiz artırılmışdır.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə göstərildi ki, mənzil proqramı ilə bağlı cari il bu kateqoriyadan olan insanlara 600 mənzil artıq təqdim edilmişdir. Növbəti iki ay ərzində daha 500 mənzil və fərdi evin inşası planlaşdırılır. Qeyd etmək lazımdır ki, evlərin bölgüsü Bakı, Sumqayıt və Abşeron ərazisindəki əsas kontingent olan şəhid ailələrinin və müharibə əlillərinin mənzil təminatını yekunlaşdırmaq məqsədinə xidmət edir. Bu yalnız bir neçə bölgə üçün aparılmır, əksinə, kompleks şəkildə digər regionlarımızda və böyük şəhərlərimizdə də davam edir.

Azərbaycan dövlətinin diqqət yetirdiyi sahələrdən biri də əhalinin, o cümlədən qazilərin və müharibə iştirakçılarının və onların ailə üzvlərinin məşğulluğunun təmin olunmasıdır. Aktiv məşğulluq proqramına cəlb olunmaları üçün imkanları dəyərləndirilmiş 8 min nəfər özünüməşğulluq proqramlarına cəlb edilmişdir. İşədüzəldilmə proqramı üzrə isə 5400 müharibə əlili və veteranı münasib işlə təmin olunmuşdur.

Bundan əlavə, 11 min müharibə əlili və veteranı sosial-psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunmuş, onlara 21 min reabilitasiya vasitəsi təqdim edilmişdir. Ən vacibi isə müharibə iştirakçılarından 200 nəfərinin ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunmasıdır. Qeyd edək ki, daha öncəki dövrdə Qarabağ müharibəsi əlillərindən 130 nəfər bu protezlərlə təmin edilmişdir. Yəni son il yarımda bu cür protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatmışdır.

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 20 iyul.- S.9.