Mətbuatın və sosial şəbəkənin  "muştuluq"  xəbərləri

 

 

Azərbaycan xalqının özünəməxsus muştuluq xəbərləri var!

Yeni  evlənmiş gənclərin övladı dünyaya gələndə qardaş-bacı, ata-ana, dayı-bibi bir-birini muştuluqlayar, hətta muştuluğa hədiyyə kimi nəsə də alarlar.

Yaxud hərbi xidmətdən, döyüş meydanından qayıdan olanda hamı ata-anaya, həyat yoldaşına və övladlara gözaydınlığı verər.

Bunlar hamıya xoş gələn, sevinc və fərəh gətirən xəbərlərdir.

Ölüm xəbəri isə xoş xəbər sayılmır!

İnsanlar hər dəfə bu xəbəri bir-birilərinə kədərlə,  yavaş  səslə çatdırırlar.

Qabaqcadan "başın sağ olsun" deyə müsahiblərini bu qəfil hadisəyə bir növ hazırlayırlar.

Ən ağır, ən çətin  məsələ də övladın, ata-ananın, ərin, bacı-qardaşın ölüm xəbərinin bir-birilərinə çatdırılmasıdır.

Çünki ölüm  xəbərini verən adamlar bəzən  yaddaşlarda yaxşı xatirə buraxaraq qalmırlar.

Ağıllı, dünyagörmüş insanlar imkan  dairəsində "lo xəbər"  verməkdən uzaq durmağa çalışırlar.

 

***

 

İnternet sanki  dünyanı dəyişib!

 

Dünya bir yana, xalqımızın milli  mentalitetinə də elə bil əl gəzdirib!

 

Bəli, bu gün sosial şəbəkə istifadəçiləri, elektron  saytlar çox  böyük həvəs və operativliklə  ölüm xəbərini  yayırlar!

 

Bircə qalır  muştuluq istəmələri!

 

Ər boşadığı keçmiş  arvadını öldürür - bir  anda  bütün  saytsosial şəbəkə ondan yazır!

 

Arvad ərini öldürür - "əsrin sensasiyası" baş  veribmiş kimi, hamı  birinci olmağa çalışır.

 

Sanki ailə faciəsi baş verməyib!

 

Sanki günahsız uşaqlar yetim qalmayıb!

 

Sanki valideynlərindən biri həbsxanaya, digəri o biri dünyaya gedənlərin övladları  ömürlük  valideyn qayğısından, valideyn  məsuliyyətindən  məhrum  olmayıblar ömürlərini kiminsə  qoltuğunda (lap qoy bu adam nənə, xala, bibi olsun)  keçirməyəcək, yaxud uşaq evlərində valideynsiz  böyüməyəcəklər!

 

olub:

 

Şad xəbərdir?!

 

Xoş  xəbərdir?!

 

Yayılası, dilə gətiriləsi xəbərdir?!

 

Ən  nəhayət, ürəkaçan  xəbərdir?!

 

Heç görəsən, belə xəbərləri tirajlayanlar bu barədə  düşünürlərmi?!

 

***

 

Sosial şəbəkə istifadəçiləri saytlar Allahın öz bəndələrinə qadağan etdiyi özünə qəsdetmə barədə xəbərlərə - intihar xəbərlərinə xüsusi aludəçilik göstərirlər!

 

Hətta deyərdik ki, aludəçilikdən   o tərəfə keçirlər, az  qala  hərislik  göstərirlər.

 

Həm təkcə xəbəri  "həvəslə"  dərc etmək,  tirajlamaqla  kifayətlənmirlər!

 

Ağılları  kəsən  "şərh"ləri verirlər!

 

Öz ehtimallarını həqiqət  kimi sırımağa çalışırlar!

 

Tutaq ki, ana övladı, yaxud  övladları ilə birgə özünü  çoxmərtəbəli binadan atıb!

 

Bu, dərhal cəmiyyətə təqdim ediləsi xəbərdirmi?

 

Yoxsa faciədir, özünə övladına  qarşı qəddarlıqdır!

 

Qazi  özünü asır, yaxud yandırır!

 

Bu, tez-tələsik yayılmalı  xəbərdirmi?

 

Yoxsa  hamını sarsıdan itkidir!

 

Bunlardan sensasiya  düzəltmək, yaxud xalqına, dövlətinə qarşı yönəltmək, istifadə etmək olarmı?

 

Yox,  çünki o xəbərləri yazanlar özünə qıyanların heç biri ilə  görüşüb,     danışıb!

 

Ağızdan-ağıza yayılan söz-söhbət əsasında  mülahizələr söyləyirlər!

 

Həmin  mülahizələrin, tənqidin  bir ünvanı da dövlət olur!

 

Bu halda dövlətin   təqsiri!

 

Məgər müstəqil Azərbaycan dövləti öz vətəndaşının yaxşı yaşaması üçün  mümkün  olan hər şeyi  etmirmi?

 

Dünyanın harasında Azərbaycanda olduğu qədər şəhid ailəsinə,  müharibə əlillərinə   veteranlara qayğı göstərilir - təmirli mənzil, ev  tikilib verilir, avtomobil hədiyyə olunur, pensiya kəsilir, işə düzəldilir, müalicə olunur, biznes qurmasına yardım  göstərilir  s.

 

Heç yerdə!

 

Əgər kimsə  intihar edirsə, bu ilk  növbədə onun özünün, daha sonra doğmalarının, əzizlərinin, yaxınlarının kədəri, itkisidir!

 

İntihar xəbəri sensasiya mövzusu deyil!

 

İntihar xəbəri tez-tələsik tirajlanası informasiya deyil!

 

İntihar xəbəri müjdə kimi yayılası xəbər  deyil!

 

Qurtarın bu adətdən, ay adını jurnalist qoyanlar!

 

Azərbaycan Jurnalistinin Peşə Davranışı  qaydalarını bir oxuyun, orada göstərildiyi kimi, obyektiv,  qərəzsiz, doğruçu düzgün olun.

 

Tərgidin bu vərdişi, ay sosial şəbəkə istifadəçiləri!

 

İntihar xəbərlərini paylaşaraq həqiqətə uyğun gəlməyən  şərhlər  yazmaq yaxşı  xasiyyət deyil!

 

Özünüzü  həyatı vaxtsız tərk   edənlərin  doğmalarının, dostlarının, qohumlarının  yerinə qoyun, görün  faciəvi xəbərləri bu cürə  yaymaq, hallandırmaq  xoşagələn  işdirmi?!

 

Qurtarmaq lazımdır ölüm xəbərlərini  yaymaq şakərindən!

 

Qurtarmaq lazımdır  intiharlardan yazıb  müzakirələr açmaq  adətindən!

 

Bəsdirin!

 

Gəlin,  qələmimizi, sözlərimizi xoş,  könülaçan  hadisələrə  yönəldək!

 

Gəlin,  insan  faciəsindən sensasiya  düzəltməyə  can atmayaq!

 

Gəlin, sayt sosial şəbəkələri  intihar, ölüm xəbərlərindən azad edək!

 

Bu, daha ağıllı, peşəkar xeyirxah addım olar...

 

 

Bəxtiyar  SADIQOV

Azərbaycan.-2022.- 21 iyul.- S.7.