Xəzər sahilində
Sumqayıt tablosu
Yamyaşıl dənizkənarı
bulvar, mavi şəhər
çimərliyi və qədim Corat kəndi
Ölkəmizin bir çox bölgələri kimi, Sumqayıtın da turizm potensialı genişdir. Paytaxtdan yarım saatlıq məsafədə yerləşən bu şəhəri Azərbaycana gələn turistlərin böyük hissəsi ziyarət edir. Yayda isə Sumqayıtın dəniz sahillərində istirahət etmək istəyənlərin sayı daha da artır.
Bu gün Sumqayıtda şəhər, kənd və çimərlik turizmi formalaşır. Şəhərdə həyata keçirilən layihələr buranı inanılmaz dərəcədə dəyişdirib. İnşa edilən hotel və mehmanxanalar şəhər turizminin inkişafı üçün geniş imkanlar yaradıb. Şəhərə təşrif buyuran turistlər iri ticarət mərkəzlərini, bir-birindən fərqli istirahət məkanlarını, park və xiyabanları gəzərək xoş təəssürat əldə edirlər. Sumqayıtda turistlər üçün xüsusi turlar təşkil edilir. "Göyərçin" abidəsi, bulvar və bələdiyyə parkının yanından ayrılan avtobuslar təkcə şəhəri dolaşmır, həm də qonaqlara Sumqayıtın tarixi haqqında məlumat verilir.
Sumqayıtın turizm potensialına hesablanmış layihələrdən biri də şəhər dənizkənarı bulvarının yaradılmasıdır. Xəzər sahilində Bakıdan sonra ikinci belə bir bulvarın salınması həm də ölkəmizdə görülən sosial layihələrin ardıcıl həyata keçirildiyini nümayiş etdirir. Bulvar təkcə Sumqayıtın simasını dəyişməyib, eyni zamanda ona turizm statusu verib. Təqribi hesablamalara görə, son beş ildə bulvarı 100 mindən artıq qonaq ziyarət edib.
Sumqayıt bulvarı dəniz səviyyəsindən 2,5 metr yüksəklikdə salınıb. Burada 4,2 kilometr uzunluğunda, 1,5 metr hündürlüyündə istinad divarı tikilib. 55 hektar ərazidə yaşıllıq zolağı salınan bulvarda 200 mindən çox ağac və dekorativ kol, 2 milyondan artıq gül və çiçək əkilib. Amma bu da hələ hamısı deyil. Hazırda Sumqayıt bulvarının genişləndirilməsini nəzərdə tutan yeni layihə üzərində işlər gedir. Yaxın gələcəkdə bulvarda yeni salınan obyektlərin, istirahət ocaqlarının şahidi olacağıq.
Sumqayıtda kənd turizmi isə çoxdan formalaşıb. Hələ sovetlər dönəmində
Corat kəndinə müttəfiq respublikalardan
həm ziyarətə,
həm də turist kimi gəzməyə
gələrdilər. Azərbaycan müstəqilliyini
bərpa etdikdən sonra da Corata
turistlərin marağı
azalmayıb. Sumqayıtda
qonaqların ən çox gəldiyi kənddə may ayının
sonlarından başlayaraq
evlər kirayələnməyə
başlayır. Çünki dəniz sahilində yerləşən Corat istirahət üçün
ən gözəl yerdir. Həm də kirayə
evlər digər yerlərə nisbətən
sərfəlidir.
Böyüklü-kiçikli hamının gözlədiyi
yayda dənizə getməmək, Xəzərin
duzlu suyuna baş vurmamaq günahdır. Elə isə Sumqayıtın
çimərlikləri sizin
ixtiyarınızdadır. Şəhərdə çimərlik turizmini
şərtləndirən əsas
cəhət onun təbii mövqeyidir.
Bundan əlavə, çimərlik
ərazilərində istirahət
edənlərə lazımi
səviyyədə ticarət,
iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına
əməl edilməsinə
ciddi nəzarət
var. Üstəlik, Sumqayıtın
çimərliklərində istirahət etmək üçün ödəniş
tələb olunmur.
Şəhər çimərlikləri təmizlikləri
ilə də fərqlənir. "Sumqayıt
şəhər Təmizlik
Depatamenti" MMC və
Gigiyena və Epidemologiya Mərkəzinin
əməkdaşları bu
işə ciddi yanaşırlar. Yay mövsümündə fəaliyyətini
gücləndirən mərkəzlərdə
çalışanların da sayı artır.
Bu da mövsümi iş yerlərinin yaranmasına, insanların
ailə büdcələrinin
artmasına səbəb
olur.
Bəli, yayın bəzəyi dəniz, dənizin bəzəyi onun qoynunda dincələn insanlardır. Bu baxımdan
Xəzərin gözəlliyi
yayda özünü daha çox büruzə verir. Onu görmək üçün
isə dənizə getmək və onun ləzzətini çıxarmaq lazımdır.
Akif ƏLİYEV,
Azərbaycan.-2022.- 21 iyul.- S.10.