Milli mətbuatımız, milli ruhumuz

 

 

İctimai fikir tariximizin formalaşmasında zəngin inkişaf yolu keçmiş milli mətbuatımızın xüsusi xidməti inkar olunmazdır. "Əkinçi" ilə başlanan milli mətbuatımız maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. 147 il əvvəl - 1875-ci il iyulun 22-də nəşrə başlayan "Əkinçi"nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı.

Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir. Bu amal ilə "Əkinçi" milli demokratikxalq mətbuatının ilk təməl daşını qoydu. Bununla da cəmi 56 nömrəsi ilə millətin aynası, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarı ola bildi.

"Əkinçi" ilə əsası qoyulan mətbuat sonradan "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi Rus", "Həyat", "İrşad", "Füyuzat" kimi mətbuat orqanları ilə davam etdirildi.

Zəngin tarixi olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yol təbii olaraq bir neçə tarixi mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.

Azərbaycanda milli istiqlal elan edildikdən sonra daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaq vəzifəsi də mətbuatın üzərinə düşürdü. Məhz 1918-ci il sentyabrın 15-də ilk nömrəsi Gəncədə çapdan çıxan rəsmi dövlət orqanı olan "Azərbaycan" qəzeti bu zərurətdən yarandı. "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə "Azərbaycan" adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının nəşrə başlaması bir hadisə idi. "Azərbaycan" qəzeti ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirirdi. Tədqiqatçıların təbrincə desək, "Azərbaycan" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir.

 

 Heydər Əliyev və mətbuat

 

 1920-ci il AXC-nin süqutundan sonra bolşeviklər bütün sahələr kimi, mətbuatı da tam nəzarətə götürdülər. Repressiyanın tüğyan etdiyi, azad sözün olmadığı bir şəraitdə də xalqını, millətini sevən fədakar mətbuat işçilərı sətiraltı olsa da öz fəaliyyətləri ilə milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına müstəsna xidmətlər göstərdilər.

Bu məqamda xüsusi olaraq qeyd etməyi vacib sayıram ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşayıb. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qadırılıb, milli dil siyasəti yürüdülübbu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib.

 

Məhz onun dövründə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan Jurnalistika məktəbinin formalaşmasında, inkişafında müstəsna rol oynadı.

Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalistikanın inkişafında yeni dövrün başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuat azadlığının hüquqi bazası yaradıldı.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişafında mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafına, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrildi. Məhz bu fərmanla Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun mətbuatda fikir pluralizminin daha da möhkəmləndirilməsinə səbəb oldu. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri aradan qaldırdı. Yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.

1998-ci il 6 avqust tarixli sərəncamı ilə senzuranı ləğv edən Ulu Öndər bununla da azad sözə, azad fikrə böyük meydan verdi.

 

 

 

Ulu Öndərin yaratdığı ənənələr davam edir

 

 

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuata qayğıda da Ümummlili Liderin ənənələrini layiqincə davam etdirir. Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur.

Müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesigedir. Bu gün mətbuat işçisi olmaq çox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə bir vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam edir.

Mətbuat işçiləri 2020-ci il sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində informasiya savaşında olduğu kimi, döyüş meydanında da nümunə göstərdilər. Onlardan bəziləri həyatlarını da itirdilər. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov həlak oldular.

 

 

 

KİV-ə dövlət qayğısı

 

 Mətbuatın inkişafında dövləti qayğısı xüsusi rol oynayır. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Eyni zamanda tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir. Yeni dövrlə ayaqlaşmaq üçün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük tələbat yaratmışdı. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Yeni qanunun qəbulu onu göstərdi ki, Azərbaycan iqtidarı ölkənin demokratik dəyərlər çərçivəsində söz mətbuat azadlığının mövcudluğunda, bu sahənin qənaətbəxş olmasında maraqlıdır israrlıdır. Bu gün dövlətin informasiya təhlükəsizliyinin qorunması özlüyündə mühüm əhəmiyyətli məsələlərdən ən vacibidir. Günümüzün reallıqlarından biri kimi "informasiya müharibəsi" anlayışı həyatımıza daxil olub ciddi əhəmiyyət kəsb edir. "Müasir müharibələrin qalibləri informasiya müharibəsinin qalibləridir" ifadəsi real həyatda öz yerini möhkəmləndirməkdə davam edir. 44 günlük Zəfər müharibəsində qəhrəman əsgərlərimizin şücaətini Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşərək tamamladı. 30-dan çox dünya KİV-inə, televiziya kanallarına informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda mənfür ermənilərin törətdikləri bütün vəhşiliklərinin üstünü konkret faktlarla dünyaya göstərdi. Bu gün tam əminlikə deyə bilərik ki, informasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı qələbəmizi, zəfərimizi möhtəşəm etibarlı etdi. Azərbaycanın gücünü dünyaya tanıtdı.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

 

 

 

Ən yaxşı ictimai nəzarət forması

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğulanan ictimai nəzarət anlayışında jurnalistlərə xüsusi diqqət ayrılmışdır.

İlham Əliyev demişdir: "…Biz cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbər tuturam dərhal reaksiya verilirOna görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm media nümayəndələri nəzarət edir".

Cənab Prezident tərəfindən irəli sürülən bu çağırışlar yeni dövrün mediasının əsas prinsipinə çevrilərsə, inkişafımıza töhfə olar, bundan xalq dövlət güclənər.

Əziz mətbuat işciləri! Sizin hər birinizi Milli Mətbuat Günü münasibəti ilə səmimi-qəlbdən təbrik edir zamanın hər anında bu cətin şərəfli peşənizdə uğurlar arzulayıram!

Azərbaycanın yeni-yeni qələbələrinin şahidi olmaq üçün Sizin qələminizin gücünə ehtiyac çoxdur. Dövlətimizin, millətimizin xalqımızın firavanlığı üçün apardığınız mübarizədə yorulmayasınız.

 

 

Sadiq QURBANOV,

Milli Məclisin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri

Azərbaycan.-2022.- 22 iyul.- S.5.