Ersin Aydoğan: Türk dövlətlərinin
bir-birinə yaxınlaşmasına ən böyük
dəstəyi Azərbaycan göstərir
Azərbaycanda olsam da, Şuşaya ilk dəfə gedəcəyəm. İşğaldan azad edilən torpaqlarda olmaq, orada gedən bərpa və quruculuq işlərini öz gözlərimizlə görmək böyük məmnuniyyətdir.
AZƏRTAC
xəbər verir ki, bunu Medianın İnkişafı
Agentliyinin təşkilatçılığı ilə iyulun
22-də Şuşada keçiriləcək Beynəlxalq Media
Forumunun iştirakçısı, Türk Dövlətləri
Təşkilatının nümayəndəsi Ersin Aydoğan
söyləyib.
E.Aydoğan bildirib ki, Azərbaycanın Milli Mətbuat Günündə Şuşada beynəlxalq forumda iştirak etmək qürurvericidir. “Düşünürəm ki, bu, Türk dövlətlərini bir araya gətirmək və media sahəsində əlaqələrimizin daha genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın bu istiqamətdə səyləri təqdirəlayiqdir. Regionda yeni reallıq yaradan Azərbaycan Türk dövlətlərinin bir-birinə yaxınlaşmasına ən böyük dəstəyi göstərir”.
Ersin Aydoğan,
həmçinin Türk dövlətlərinin
həmrəyliyinin və əməkdaşlığının
daha dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan.-2022.- 22 iyul.- S.6.