Dilşod Saidjanov: Azərbaycan regionda
və dünyada öz
sözü və nüfuzu
olan ölkədir
Azərbaycanda ilk dəfə oluram. İlk baxışdan Bakının inkişaf etmiş şəhər olduğu nəzərə çarpır. Hər şey gözəldir və insanın zövqünü oxşayır. Azərbaycan regionda və dünyada öz sözü və nüfuzu olan ölkədir.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Medianın
İnkişafı Agentliyinin təşkilatçılığı
ilə iyulun 22-də Şuşada keçiriləcək Beynəlxalq
Media Forumunun iştirakçısı, Özbəkistanın
PA İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin
direktorunun birinci müavini Dilşod Saidjanov deyib.
Azərbaycanın
öz torpaqlarını işğaldan azad etməsindən məmnunluğunu
bildirən özbəkistanlı qonaq vurğulayıb ki,
ölkələr bir-biri ilə dinc və yanaşı
yaşamaq, digər ölkənin suverenliyinə, ərazi
bütövlüyünə hörmət etməyə
borcludurlar.
"İnanırıq
ki, tezliklə Azərbaycan işğaldan azad olunmuş ərazilərdə
həyatı bərpa edəcək və orada da hər şey
gözəl olacaq, göz oxşayacaq.
Şuşada Beynəlxalq Media Forumunun keçirilməsi rəmzi məna daşıyır. Şuşa Forumu bir-birimizi daha yaxından tanımağa, əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək”.
Azərbaycan media nümayəndələri
təbrik edən D.Saidjanov forumun
işinə uğurlar arzulayıb.
Azərbaycan.-2022.- 22 iyul.- S.6.