Qapısız açarlar

 

 

İnsan həyatda nə qədər qapı görür?

Sayı-hesabı varmı?

İnsan həyatında neçə dəfə qapı açıb- örtür?

Hesablamaq mümkünmü?

Amma bu qapıların ən yaxını, ən doğması, şübhəsiz, evimizin qapısı olur...

Xüsusən, dünyaya göz açdığımız evin qapısı...

Adətən, qapını örtəndə evdə özümüzü təhlükəsiz hiss edirik: çünki içəri nə qurd-quş girə biləcək, nə də qapını döyməmiş kənar adam.

Bayıra çıxıb qapımızı açarla bağlayanda isə evimizi təhlükəsiz sayırıq: heç kim bizdən xəbərsiz və icazəsiz evə girə bilməz!

I Qarabağ müharibəsində min bir zəhmətlə, sevinclə, xərclə tikdirdiyi evini zorən düşmən işğalında qoyaraq tərk etməyə məcbur olan yüz minlərlə məcburi köçkün də evdən çıxanda qapısını açarla kilidlədi!

Sonra Allaha əmanət edərək sonuncu dəfə həyətinə, evinə baxıb ah çəkməklə doğma yurdu tərk etdi...

 

***

 

Çoxları hələ hara gedəcəyini, harada məskunlaşacağını dəqiqləşdirməmişdi...

 

Heç biri haçan geriyə dönəcəyini də bilmirdi...

 

Amma hamının içində zorən, özünü inandırmaq bahasına bir ümid işartısı da vardı!

 

Tezliklə geri dönəcəklər!

 

Mütləq geri dönəcəklər!

 

Geri qayıdanda qoyduqları evi olduğu kimi, salamat görəcəklər!

 

Bağladıqları qapını bərk-bərk saxladıqları açarla açacaqlar!

 

Və həmin açarı ən möhkəm yerdə gizlətdilər!

 

Heç vaxt onu itirmədilər!

 

Sönməyən ümid şöləsi kimi qoruyub saxladılar!

 

Dünyalarını dəyişənlər isə doğmalarına etibar etdilər!

 

Beləcə, doğma evin qapı açarını əziz-əziz saxlayaraq uzun illər boyu gözlədilər, dözdülər!

 

Heyhat!!!

 

***

 

Hara getsək, harada qalsaq da, öz evimizin dadını, rahatlığını heç yerdə tapmadıq...

 

Ən yaraşıqlı parklar belə qoyub gəldiyimiz həyəti əvəz etmədi...

 

Heç bir meyvə öz zəhmətimiz, alın tərimiz ilə hasilə gətirdiyimiz meyvələrin tamını vermədi...

 

Gözümüz həmişə doğma yurdu axtardı...

 

Ürəyimiz həmişə bizi geriyə səslədi...

 

Özümüzü özümüzlə gətirdiyimiz açarla ovundurduq!

 

Bizə təsəlli olan, ümidimizin itməyinə yol verməyən "sirli açarla!"

 

Artıq bizim üçün bircə evin yox, bütün Vətənin rəmzinə çevrilən açarla!

 

Nə biləydik ki...

 

***

 

Düşmənin də layiqlisi və şərəfsizi olur!

 

Düşmənin də mədənisi və vəhşisi olur!

 

Düşmənin də insanı və faşisti olur!

 

Erməni düşməni isə bambaşqadır!

 

O, həm şərəfsizdir, həm vəhşidir, həm qəddardır, həm də faşistdən də artıq faşistdir!

 

O, dildə özünü "məzlum", "mədəni", "qədim" xalq kimi təqdim edir.

 

Əməldə isə..

 

Bununolduğunu görmək və bilmək üçün işğaldan azad edilmiş Qarabağa baş çəkmək kifayətdir!

 

İşğal dövründə erməni Qarabağda "daş üstə daş qoymayıb".

 

Hər iki mənada!

 

Yalnız dağıdıb, oğurlayıb, söküb-daşıyıb, məhv edib!

 

Bayquş xislətli olduğundan hər yanı xarabalığa çevirib.

 

Bütün murdarlığını yaşayış məntəqələrinə, evlərə, yollara, ağaclara, təbiətə, çaylara, göllərə töküb!

 

"Mədəni"liyini, "məzlum"luğunu, "qədim"liyini bu yolla sübuta yetirib!

 

Od düşdüyü yeri yandırdığı kimi, o da ayaq basdığı yeri məhv edib!

 

Özündən sonra yalnız dağıntı, viranəlik qoyub!

 

"Bura mənimdir" desə də, amma buradan qovulacağını dəqiq bilibheç zaman unutmayıb!

 

Odur ki, bacardığı qədər ziyan vurmağa calışıb!

 

Bu düşmən üçün müqəddəs heçyoxdur!

 

Məsələn:

 

Özünü "xristian dinini birinci qəbul edən millət" adlandırsa da, bir kilsəni belə abadlaşdırmayıb!

 

Məscidləri dağıdıb, orada murdar heyvanlar saxlayıb!

 

Qəbirləri sökərək ölənlərin qızıl dişini oğurlayıb!

 

Çayları zəhərləyib, "qırmızı kitab"a düşən ağacları belə qırıb aparıb.

 

Yəqin ki, əli səmaya çatsaydı, ulduzları da oğurlayıb satardı...

 

***

 

Müzəffər Ali Baş Komandan İlham Əliyev təkcə Qarabağı azad etmədi!

 

Həm bu murdarları, insan adına yaraşmayan varlıqları cəzalandırdı!

 

Qarşısında diz çökdürdü, belini qırdı, "dəmir yumruğ"u ilə başlarını əzdi!

 

"Bayraqdar"larla parça-tikə etdi, leşlərini torpağa qarışdırdı!

 

Əsgərlərini fərariyə, ordenli generallarını qorxağa, gizlənməyə deşik axtaran siçovula çevirdi!

 

yaxşı ki, İlham Əliyev kimi qüdrətli sərkərdəmiz var!

 

yaxşı ki, Müzəffər Ali Baş Komandanımız düşməni darmadağın edərək torpaqlarımızdan qovdu!

 

yaxşı ki, 44 gün ərzində İlham Əliyev qisasımızı da alaraq ürəyimizə bir sərinlik gətirdi!

 

Yoxsa viran qalmış yurda qayıdarkən dözə bilməzdik!

 

İndi torpağımız da qaytarılıb, qisasımız da alınıb!

 

Prezidentimiz isə Qarabağı tikib-qurmağa, cənnətə çevirməyə başlayıb!

 

Sönməkdə olan ümidimiz gur tonqala, möhkəm inama çevrilib!

 

İndi həqiqətən Qarabağ bizimdir!

 

İndi həqiqətən Qarabağ Azərbaycandır!

 

***

 

Məcburi köçkünə çevrilib qaçqın düşəndə qeyri-müəyyənliyə üz tutmuşduq!

 

Doğma Vətəndə, doğmalar arasında olsaq da, cavabsız suallar, məchulluqlar çox idi!

 

Lap çox!

 

Həmin məchulların bir qismi məcburi köçkünlük dövründə bizi tərk etmədi!

Düzdür, bir çox suallar cavabını tapdı!

Baş sualın cavabını isə bizə Müzəffər Ali Baş Komandanımız 8 noyabr 2020-ci ildə verdi!

Həsrətlə gözlədiyimiz cavabı, bizim üçün hər şeydən vacib, hər şeydən əziz qiymətli olan cavabı!

Zəfər müjdəli o cavab bizim geriyə doğru yolumuzu açdı!

Bizi 27 il həsrətlə, əzabla, səbirsizliklə gözlədiyimiz xoşbəxtliyə qovuşdurdu!

İndi isə həsrətlə doğma yurda dönəcəyimizi gözləyirik.

Dövlətimiz, Prezidentimiz həmin günün mümkün qədər tez gəlməsi üçün hər şey edir!

Bilirik ki, tezliklə cənnət Qarabağa qayıdacağıq!

"Ağıllı" kəndlərə, şəhərlərə qayıdacağıq!

Yeni çəkilən yollarla qayıdacağıq!

Xoşbəxt günlərimizə qayıdacağıq!

Açıq qapılı yeni, rahat evlərimizə qayıdacağıq!

O evlərin, o qapıların açarını bizə irəlicədən dövlətimiz, Prezidentimiz verəcək!

27 il saxlayıb, sonra qapısını tapmadığımız evlərin köhnə açarlarını əvəz edəcək açarları!

Bizim üçün yeni həyata çevrilən açarları!

Və həmin açarları heç zaman itirməyəcəyik!

Çünki yurd itkisinin, ev itkisinin, Vətən itkisininolduğunu, necə əzablı olduğunu qaçqın həyatı dövründə yaxşı gördük!

Heçunudulmur, heç kəs yaddan çıxmır!

 

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2022.- 23 iyul.- S.6.