İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 4, maddə 684, ¹ 7, maddə 1261; 2017, ¹ 11, maddə 1836)  aşağıdakı  dəyişikliklər edilsin:

1. 3.1-ci bənddə "3" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin.

2. 7-ci hissədə "Vergilər" sözü  "İqtisadiyyat" sözü ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi"nin 5.1-ci bəndində "3" rəqəmi "10" rəqəmləri ilə əvəz edilsin.

 

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2022-ci il

Azərbaycan.-2022.- 23 iyul.- S.2.