"Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

 

Müşahidə Şurasının sədri

 

Emin Hüseynov - Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

 

 

Müşahidə Şurasının üzvləri

 

Səməd Bəşirli - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Sarvan Cəfərov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Namiq Hümmətov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini

Azadə Hüseynova - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,  22 iyul 2022-ci il

Azərbaycan.-2022.- 23 iyul.- S.2.