"Bərpa olunan
enerji mənbələrindən istifadə
sahəsində pilot layihələrin həyata
keçirilməsi tədbirləri haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1969) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında "pilot layihələrin həyata keçirilməsi tədbirləri" sözləri "layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər" sözləri ilə əvəz edilsin.
2. 1-ci hissə üzrə:
2.1. birinci abzasdan
"pilot" sözü çıxarılsın;
2.2. həmin hissə ilə yaradılmış Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika
naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası maliyyə
nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə
nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə
hallar nazirinin müavini
Azərbaycan Respublikası ekologiya
və təbii sərvətlər nazirinin
müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası rəqəmsal
inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi
Bankının İdarə
Heyəti sədrinin müavini
Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyinin İdarə
Heyətinin sədri
"Azərenerji" Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti
"Azərişıq" Açıq
Səhmdar Cəmiyyətinin
sədri";
2.3.
1.2.1-ci yarımbəndə "sahələrinin" sözündən
sonra "və su obyektlərinin" sözləri əlavə
edilsin və həmin yarımbənddən
"bir ay müddətində"
sözləri çıxarılsın;
2.4. 1.2.2-ci yarımbənddən "bir ay müddətində" sözləri çıxarılsın;
2.5. 1.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:
"1.2.3. beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, elektrik enerjisinin satınalınması müqaviləsinin, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması müqaviləsinin, investisiya müqaviləsinin və tələb olunan digər müqavilələrin hazırlanmasını təmin etsin;";
2.6. 1.2.5-ci yarımbənddən "bir ay müddətində" sözləri çıxarılsın, həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.2.6-cı yarımbənd əlavə edilsin:
"1.2.6. investorlara tətbiq edilən təşviq mexanizmlərinin genişləndirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.".
3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll
etsin.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyul 2022-ci il
Azərbaycan.-2022.- 23 iyul.- S.3.