"Azərbaycan Respublikası
Dövlət Neft Fondunun
2022-ci il büdcəsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli
1527 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının
2022-ci il dövlət büdcəsində
dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin
gəlirlərini və xərclərini dəqiqləşdirmək
məqsədilə qərara alıram:
1.
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci
il büdcəsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1527 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 12,
maddə 1392) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədə "10589701,9" və "12789674,6" rəqəmləri müvafiq olaraq "15789147,9" və "11597136,5" rəqəmləri ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə "8578995,4" rəqəmləri "14993401,2" rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 2.3-cü bənddə "23290,0" rəqəmləri "21760,0" rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 2.4-cü bənddən "1216792,9" rəqəmləri çıxarılsın;
1.2.4. 2.5-ci bənddə "765340,0" rəqəmləri "768703,1" rəqəmləri ilə əvəz edilsin;
1.2.5. "Gəlirlərin məbləği" sütununun "Cəmi" sətrində "10589701,9" rəqəmləri "15789147,9" rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü hissə üzrə:
1.3.1. 3.1-ci bənddə "12710000,0" rəqəmləri "11517500,0" rəqəmləri ilə əvəz edilsin;
1.3.2. 3.2-ci bənddə "27836,0" rəqəmləri "27797,9" rəqəmləri ilə əvəz edilsin;
1.3.3. 3.3-cü bənddə "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının" sözləri "Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın" sözləri ilə əvəz edilsin;
1.3.4. "Xərclərin məbləği" sütununun "Cəmi" sətrində "12789674,6" rəqəmləri "11597136,5" rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul
2022-ci il
Azərbaycan.-2022.-
23 iyul.- S.3.