Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün iştirakçıları “Baykaristehsal müəssisəsində olublar

 

 

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İstanbulda keçirilən İkinci Üçtərəfli Görüşünün iştirakçıları İstanbuldaBaykaristehsal müəssisəsində olublar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, burada Milli Məclisin sədri Sahibə Qafarovaya, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və onların başçılıq etdikləri nümayəndə heyətlərinin üzvlərinə Türkiyənin Milli Texnologiya Mərkəzi, “Baykar” istehsal müəssisəsində hazırlanan məhsullar və aparılan araşdırmalar barədə məlumat verilib.

Sonra qonaqlar “Baykar” tərəfindən hazırlanmış məhsullarla tanış olublar.

 

Azərbaycan.-2022.- 23 iyul.- S.3.