Bolqarıstanın Baş naziri Heydər
Əliyev Mərkəzini ziyarət edib
Bolqarıstan
Respublikasının Baş naziri Kiril Petkovun rəhbərlik
etdiyi nümayəndə heyəti iyulun 22-də Heydər
Əliyev Mərkəzi ilə tanış olub.
AZƏRTAC
xəbər verir ki, qonaq əvvəlcə Heydər Əliyev
Muzeyində Ümummilli Liderin xidməti istifadəsində
olmuş avtomobillərə baxıb. O, muzeydə ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinin
bütün dövrlərini əhatə edən video və
fotoarxiv sənədlər, eləcə də müxtəlif
eksponatlarla tanış olub.
Sonra
qonaqlar dünyanın memarlıq inciləri sırasında
olan və Bakının müasir rəmzinə çevrilən
Heydər Əliyev Mərkəzinin binası, onun arxitektor
özəllikləri barədə məlumatlandırılıb.
Mərkəzdəki
Heydər Əliyev Muzeyi qonaqların böyük
marağına səbəb olub. Qeyd olunub ki, Muzeyin “Azərbaycanın
ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və
nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində
Ulu Öndərin həm sovet dövründə, həm də
müstəqillik illərində fəaliyyət
konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim
edilir.
Sonra
nümayəndə heyəti Mərkəzdə Azərbaycanın
tarixinə və mədəni irsinə dair eksponatların
nümayiş olunduğu “Azərbaycan inciləri: tarixin
axarında”, “Mini Azərbaycan” sərgilərinə
baxıblar. Nümayəndə heyəti Mərkəzdə
nümayiş etdirilən klassik avtomobil sərgisinin
eksponatları olan nəqliyyat vasitələri ilə də
tanış olublar.
Sonda
Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov xatirə
kitabına ürək sözlərini yazıb.
Azərbaycan.-2022.- 23 iyul.- S.3.