Gürcüstan Prezidenti Salome Zurabişvili şeyxülislam
Allahşükür Paşazadəni qəbul
edib
Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iyulun 22-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, görüşdə Azərbaycan ilə
Gürcüstan arasında siyasi, iqtisadi, mədəni və
din sahələrində əlaqələrin inkişaf
perspektivləri diqqət mərkəzində olub.
Tərəflər
ölkələrimiz arasındakı qədim dostluq və
mehriban qonşuluq münasibətlərinin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsindən məmnunluqla
danışıblar.
Bildirilib
ki, Azərbaycan və Gürcüstanın ali dini rəhbərləri
arasındakı dostluq münasibətləri xalqlarımız
tərəfindən də yüksək qiymətləndirilir.
Görüşdə
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və
digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2022.- 23 iyul.- S.7.