Ceyhun Bayramov Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması üzrə nümayəndəsi
ilə görüşüb
İyulun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, görüşdə bölgədəki
cari vəziyyət, o cümlədən Azərbaycan ilə Ermənistan
arasında münasibətlərin
normallaşdırılması prosesi çərçivəsində
müxtəlif istiqamətlər üzrə atılan
addımlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər
bölgədə sülh və təhlükəsizliyin təmin
edilməsi üçün Azərbaycan, Ermənistan və
Rusiya liderlərinin imzaladığı üçtərəfli
bəyanatların müddəalarının tam
icrasının vacibliyini vurğulayıblar. Normallaşma
prosesinin irəli aparılması və konkret nəticələrin
əldə olunması üçün bütün səylərin
səfərbər edilməsinin əhəmiyyəti
vurğulanıb.
Görüşdə,
həmçinin qarşılıqlı maraq doğuran digər
regional məsələlər müzakirə edilib.
Azərbaycan.-2022.- 23 iyul.- S.8.