Turizm marşrutları paytaxtdan Abşeronun kənd və qəsəbələrinə səmtlənir

 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeniliklərin və quruculuq işlərinin geniş tətbiq edildiyi sahələrdən biriAbşeron yarımadasında yerləşən kəndlərin və qəsəbələrin inkişafı ilə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, bu məsələ səxsən dövlət başçısının nəzarətindədir. Məhz onun diqqəti və xüsusi qayğıkeşliyi sayəsində Bakı və ətraf yaşayış məntəqələrində tikinti-quruculuq işləri səngimir.

Bu istiqamətdə indiyəcən Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair vacib sənədlər icra edilmişdir. Xüsusən Bakıətrafı kənd və qəsəbələr bu hesaba büsbütün dəyişmiş, qədim abidələrin qorunması və bərpası, yeni yerlərinin yaradılması istiqamətində konkret addımlar atılmışdır. Çoxsaylı proqramların, maraqlı layihələrin icrası nəticəsində Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoymuş, yaşamaq və işləmək üçün daha rahat, daha əlverişli olmuşdur.

Bu yerdə Bakı kəndləri haqqında qısa da olsa məlumat vermək yerinə düşərdi.   Əvvəlcə onu qeyd edək ki, "Bakı kəndləri" Abşeron yarımadasında qədimdən işlədilən məşhur ifadədir. Əsrlərdir ki, Abşerondakı kəndlərin ümumi adı belədir.  Bu, hamıya bəllidir. Lakin bəzilərinə elə gələ bilər ki, Bakıda olduğu kimi, onun ətrafındakı kəndlərin də inkişafı neftin tarixi ilə bağlıdır. Lakin belə deyil, əksinə, Abşeron yarımadasındakı kəndlərin "bioqrafiya"sı neftin tarixindən daha qədimdir.

Bakı kəndləri ifadəsi artıq XIX əsrin əvvəllərində, neft fəvvarə vurmamışdan təxminən 50 il qabaq işlədilirdi. Yəni Abşeron yarımadasında sənayeləşmə getməmişdən əvvəl bu ərazidə kəndlərin sayı kifayət qədər çox idi. Yeri gəlmişkən, qeyd edək ki,  Bakının ənənəvi kəndlərinin sayı həmişə çox olub. Hələ 1813-cü ildə Bakıətrafı kəndlərin sayı 37 idi. Tarixi mənbələrdə Bakı ətrafında və Abşeronda kəndlərin sayının hətta  XVII əsrdə 32 olduğu göstərilir. Ona görə də tarixçilər əminliklə qeyd edirlər ki, məşhur "Bakı kəndləri ifadəsi" ən geci XVII əsrdə yaranmışdır.

Qayıdaq bu günümüzə. Onun şahidiyik ki, Prezident İlham Əliyev Bakı kənd və qəsəbələrini mütəmadi gəzir, əhalinin qayğıları ilə maraqlanır, yaşayış məntəqələrinin  inkişafı üçün vacib qərarlar verir. Dövlət başçısının mövqeyi belədir: ölkədə gedən inkişaf hər bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə etməlidir. Biz Prezidentin bu mövqeni bir neçə gün əvvəl Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olarkən növbəti dəfə sərgilədiyni gördük. Prezidentə məlumat verildi ki, təkcə Ramanada 300 yeri açılıb, ilin sonunadək isə 450-yə qədər əlavə yeri yaradılacaq. Bundan əlavə,  Ramanada yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divardam örtükləri yenilənib, küçələr işıqlandırılıb, ərazilər tullantılardan təmizlənib.

Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid Ramana qalasıdır. Söz düşmüşkən, xatırladaq ki, məşhur "Koroğlu", "Nəsimi" və "Babək" filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Onu da xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2020-ci ilin avqustunda Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən sakinlərə demişdi ki, kəndin yeni dövrü başlayır. Bu gün qəsəbə, həqiqətən, tanınmaz dərəcədə dəyişmişdir. Balaxanı Sənaye Parkı yaradılmış, Böyükşor gölünün böyük hissəsi təmizlənmiş, gölün üzərindən yol salınmışdır: "Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr, estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda yerləri yaradılıbdır". Bu sözləri deyən dövlət başçısının mövqeyi belədir ki, bütün işlər mərhələlərlə davam edəcək və  əsas məqsəd həm də Bakı kəndlərində qədim abidələri aşkarlamaq və bərpa etmək, onların ilkin görkəmlərini qaytarmaqdır. Məhz görülən bu işlərin sayəsində  qonaqların və şəhər sakinlərinin Bakıətrafı yaşayış məntəqələrinə marağı ilbəil artır.

Xarici mətbuatda da Bakı kəndləri ilə bağlı tez-tez materiallar dərc edilir, bloqçular Abşeron kəndlərini, palçıq vulkanlarını  xüsusi məhəbbətlə təqdim edirlər. Ümumiyyətlə, turizm Abşeronun qədim yaşayış məntəqələri üçün gəlirli sahəyə çevrilir. Prezident İlham Əliyev bu barədə demişdir: "İndi inkişaf etmiş bir çox ölkələrin şəhərlərinin kiçik qəsəbələrində belə turizm, tarixi yerlərdə yerli sakinlər bütün ümumi işlərə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, insanların artıq özlərindən asılı olacaq. Təbii ki, dövlət də lazımi kömək göstərəcək".

 

 Bahadur İMANQULİYEV,

Azərbaycan.-2022.- 23 iyul.- S.9.