"İstisu" kurortlar qrupunun işğaldan sonrakı bərpa perspektivləri

 

 

İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Bu suların vasitəsilə müxtəlif xəstəliklər müalicə olunur.

Ona görə də mühüm mineral su yataqları olan yerlərdə kurortlar və müalicəxanalar yaradılır. Hazırda isti sulardan müalicə məqsədilə yanaşı, digər sahələrdə də geniş istifadə olunur.

"İstisu" kurortlar qrupu Kəlbəcər şəhərinin yaxınlığında yerləşir. Kəlbəcərin suyu əsasən duzlu-qlauber-qələvili tipə aiddir. "İstisu" kurort rayonu isə fiziki-coğrafi şəraitinə görə xeyli mürəkkəbdir. Ərazi hər tərəfdən Kiçik Qafqazın çox parçalanmış dağ sistemi ilə əhatə olunmuşdur.

Bulaqları çox olan ərazi Tərtər çayının yuxarı axınlarında - cənub-şərqdən Mıxtökən, qərbdən Göycə, şimaldan isə Murov dağları əhatəsində yerləşir. Kurort rayonunu əhatə edən dağ silsilələrinin ayrı-ayrı zirvələrinin yüksəklikləri (Dəlidağ, Gəlinqaya, Sarımsaqlı, Ketis.) 3000 metrdən çoxdur. Bu səbəbdən rayon təmiz dağ havası ilə fərqlənir.

"İstisu" kurortunun bulaqları meşəsiz yüksək dağlıq ərazilərdə subalpalp çəmənliklərinin əhatəsindədir. Ərazilər təbii yem bitkiləri və otlaqları ilə fərqlənir ki, bu da heyvandarlığın inkişafına şərait yaratmaqla  kurortların ət və süd məhsulları ilə təminatı deməkdir.

"İstisu" kurortu İsveçrənin dağ-iqlim stansiyaları DavosSen-Qotardla müqayisədə  daha yüksəklikdə yerləşir. Burada yay Davos Sen-Qotara nisbətən daha isti olur.  Maksimal minimal temperatur cəhətcə İstisu daha əlverişlidir. İsveçrənin kurortlarında şaxtalı havanın temperaturu 28-300C soyuq olduğu halda, İstisuda belə şaxtaya rast gəlinmir. Bunlar göstərilən kurortlara nisbətən İstisuyun daha əlverişli olduğunun göstəricisidir. Təəssüf ki, erməni vandallarının törətdikləri vəhşiliklər "İstisu" sanatoriyasından da yan keçməmişdir. Bütün binalar uçulub dağıdılmış, xarabazarlığa çevrilmişdir. Bir zamanlar dünyanın hər yerindən gələn qonaqlara evsahibliyi etmiş müalicə ocağının indi xarabalıqlar içərisində  yalnız qalıqları qalıb.

 Tərtər çayının yuxarı axınlarında belə gözəl bulaqların olması çayın hövzəsinin mürəkkəb geoloji quruluşa malik olması geoloji inkişafın tarixi ilə əlaqədardır. Qədim geoloji dövrlərdə - yüz milyon illər əvvəl bu ərazilər, o cümlədən indiki Kiçik Qafqaz ərazisi su altında olmuşdur. Burada Yer kürəsinin geniş ərazilərini əhatə edən, nəhəng Tetis okeanı yerləşmişdir. Okeanın əraziləri Qafqaz dağlarından qərbə doğru Alp, Karpat, Appenin Piriney yarımadası boyu uzanaraq qərbdə Amerikanın mərkəzi hissəsinə, şərqdə isə Orta Asiyadan keçərək Çin Yaponiyaya qədər uzanmışdır. Hazırda nəinki düzənliklərdə dağətəklərində, həm 3000-4000 metr daha yüksəkliklərdə dəniz canlılarının qalıqlarına rast gəlinir. Kəlbəcər rayonunda da Dəlidağın zirvəsində fauna tapılmışdır.

Geoloji eralar keçdikcə sahillərin okeanın dibinin cizgiləri dəyişmiş, okeanın dibində müxtəlif çöküntülər yaranmış, sualtı vulkan püskürmələri nəticəsində Yer qabığı müxtəlif istiqamətlərdə təzyiqə məruz qalmışdır ki, bu da vaxtaşırı pozulmaların (qırılmalar, tökülmələr, yerdəyişmələr) bu ya digər sahələrdə əmələ gəlməsinə şərait yaratmışdır. Bütün bu geoloji proseslər indiki Kəlbəcər rayonunun ərazisini əhatə etmişdir.

Tərtər çayının ayrı-ayrı hissələrinin torpaq örtüyü relyefdən asılıdır. Alçaq yamaclarda onların qalınlığı 5-10 metr daha hündürdür. Məsələn, "İstisu" kurortunun yaxınlığında dərənin sağ yamacında çayın terraslarında dördüncü dövr yaylasında torpaqlar çox məhsuldardır. Qısa desək, səthdən çatlar vasitəsilə süzülən atmosfer suları dərinliklərə hərəkət edir, aşağıdan  isə karbon qazı qalxır onlar müəyyən dərinlikdə rastlaşırlar. Qazla su qarışaraq yüksək həlletmə qabiliyyətinə malik olur. Bu proses böyük ərazilərdə getdiyi üçün bütün Kəlbəcər rayonu onu əhatə edən ərazilərdə uzun illər ərzində mineral sulardan ibarət hövzə əmələ gəlir.

Bizim misalımızda bu hövzə Tərtər çayının başlanğıcından təqribən Çaykənd kəndinə qədər bir az da aşağıya doğru uzanır. Təbii ki, belə hövzədə mineral sular yüksək təzyiq altında olur buna görə yerin səthinə çıxır. Yerin səthinə çıxdıqda isə yüksək temperaturu saxlayır. Lakin səthə yaxınlaşdıqca travertilərdən ya son dövr allüvial deluvial çöküntülərdən keçərək soyuyur. Ona görə hətta bir-birindən çox da uzaq olmayan sular temperaturca bir-birindən fərqlənir. Əsas suayıran kanaldan olan məsafəsindən asılı olaraq onlar isti, ilıq soyuq ola bilirlər.

Yuxarı İstisuda düz xətt üzrə yayılan bulaqlar mövcuddur ki, bu da çatlarla əlaqədardır. Mineral sular ayrılan çoxlu karbon qazı ilə müşayiət olunur. Onların miqdarı 1,5 qram/litrə çatır. İstisu sularının ümumi minerallığı (yəni suda həll edilmiş duzlar) 6-7 qram/litrə yaxın olur.

Aşağı İstisu mineral suları, "İstisu" kurort mərkəzindən 12 km cənubda yerləşir. Bu ərazi Tərtər çayının sağsol sahillərində, dərin dərənin dibindədir. Aşağı İstisu mineral bulaqları əsasən çayın sol sahillərində çox qalın travertin olan yerdə yayılmışlar. Mineral bulaqların çıxışı tektonik çatlarla əlaqədardır. Əsas olan 21 saylı bulaq Tərtər çayının sol sahilində çayın özündən 4 metr yüksəkdə yerləşir. İşğaldan əvvəl bu hovuzda yay aylarında Azərbaycanın müxtəlif rayonlarından gələn adamlar vannalar qəbul edirdilər.

22 saylı bulaq əvvəlkindən bir az yuxarıda yerləşir. O, əvvəlki bulağa oxşardır. Onun temperaturu əvvəlkindən 20C aşağı olub 390C-dir. 1952-ci ilin qışında 4 saylı quyu 3 metr yüksəkliyə fontan vurub. Onun temperaturu 550C olub. Bununla da Aşağı İstisuyun istifadəsi çox perspektivlidir. Kəlbəcər yaylası, buradakı dağ iqlimi istirahət müalicə üçün əlverişlidir.

Ümummilli Lider Heydər Əliyev keçmiş SSRİ vaxtı Azərbaycanın rəhbəri olduğu illərdə Kəlbəcərin coğrafi əhəmiyyətini yaxşı bilirdi. Ermənistan tərəfindən Kəlbəcərə göz dikildiyindən rayonu Ermənistana birləşdirmək istəmələrindən xəbəri var idi. Ona görə Ulu Öndər ötən əsrin 70-80-ci illərində Kəlbəcərdə bir sıra sosial-iqtisadi layihələr gerçəkləşdirərək bu bədnam planın qarşısını aldı.

Lakin düşmən öz məkrli planını 1993-cü ilin aprelin 2-3-də həyata keçirməyə müvəffəq oldu Kəlbəcər rayonunu işğal etdi. 1997-ci ildən etibarən ermənilər xarici investorların maliyyə yardımı ilə Kəlbəcərin termal sularını "Cermuk" suyu adı ilə xarici ölkələrə yüksək qiymətə satıb milyonlarla valyuta qazandılar. Bu yerdə xatırladaq ki, çox böyük potensiala malik İstisu mineral bulaqlarından hər il 3 milyard 963 min litr su çıxır. Vaxtilə sudoldurma məntəqələrində ildə bunun cəmi 22 min litrindən istifadə edilirdi. Yerdə qalan 3 milyard 941 milyon litrdən artıq su isə çaylara axıb gedirdi. Yeri gəlmişkən, İstisuyun Tərtər çayı ilə axan hissəsi çayboyu rayonların əkin sahələrini şorlaşdırır gələcəkdə bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Məsələn, axıdılan istisudan ayrılan duzlardan xammal mənbəyi kimi xalq təsərrüfatının müxtəlif sahələrində istifadə etmək olar.

 

 

Telman XƏLİLOV,

Bakı Dövlət Universitetinin professor

Azərbaycan.-2022.- 23 iyul.- S.9.