Son 10 ilin uğur salnaməsi

 

Möhtəşəm nailiyyətlər İlham Əliyevin genişmiqyaslı hədəflərə hesablanmış islahatlarınınnəticəsidir

 

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, həmçinin böyük maliyyə resursları olan, mühüm geosiyasigeoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib.

Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətin nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə mühüm qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb.

 

 

Qazanılan nailiyyətlərin beş fundamental nəticəsi...

 

 

Ümumiyyətlə, İlham Əliyevin indiyədək həyata keçirdiyi islahatlarla, reallaşdırdığı layihələrlə Azərbaycan siyasi iqtisadi müstəqilliyini təmin edib. Bu müstəqillik ölkəmizin istənilən böhrandan minimum itkilərlə çıxmasını şərtləndirib.

Hər zaman uzaqgörən qərarları, təşəbbüsləri ilə Azərbaycana hərtərəfli dividendlər qazandıran İlham Əliyev iyulun 22-də bu prosesin tərkib hissəsi olan daha bir mühüm sənədi - 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasını təsdiq etməklə qarşıdakı 5 ildə yüksəlişin yol xəritəsini müəyyənləşdirmiş oldu.

Prezidentin təsdiq etdiyi bu inkişaf strategiyasında həm ötən 10 ilin uğur göstəriciləri, həm qarşıdakı dövrdə hərtərəfli tərəqqinin konturları öz əksini tapıb. Strategiyanın Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər üzrə nailiyyətlər çağırışlar bölümündə ilk olaraq son 10 ildə qazanılmış əsas nailiyyətlər öz əksini tapır.

10 illik sosial-iqtisadi inkişaf nailiyyətləri beş fundamental nəticəni xarakterizə edir - qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial yüksələn rifah.

Sənəddə qeyd edilir ki, bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcək. Əldə olunmuş nailiyyətlər son 10 ildə həyata keçirilən genişmiqyaslı hədəflərə hesablanmış islahatların nəticəsidir.

Tarixdə cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilən az ölkə tapmaq olar. Azərbaycanın qısa zamanda sürətli yüksəlişi əlbəttə ki, düşünülmüş inkişaf konsepsiyasının uğurlu icrasının nəticəsidir desək, yanılmarıq.

İlk növbədə ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaradıb.

Müzəffər Ali Baş Komandanın rəşadətli ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi ölkənin ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailliyyətdir. Sənəddə deyildiyi kimi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycanın daha da güclənməsi üçün aparılan uğurlu islahatların uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir.

 

 

 

Dördüncü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri

 

 

 

Son 10 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik dayanıqlılıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədə möhkəm siyasi-ictimai sabitlik təhlükəsizlik, uzaqgörən daxili xarici siyasət qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb.

Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib.

Azərbaycan Dördüncü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla, xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.

Ötən 10 ildə Azərbaycan iqtisadiyyatı iki qlobal maliyyə böhranından uğurla çıxıb. Ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. 2014-2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaradıb. Bütün bunlara baxmayaraq, çevik effektiv iqtisadi idarəetmə hesabına Azərbaycanda makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı sağlamlığı qorunmuşdur. 2021-ci ilin sonuna valyuta ehtiyatlarımız təxminən ÜDM-in həcminə bərabər olmuşdur ki, bu da milli iqtisadiyyatın xarici daxili təsirlərə qarşı tam dayanıqlılığını əks etdirir.

Həyata keçirilən köklü struktur-institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişmiş, qeyri-neft sektorunun payı xeyli yüksəlmişdi. 2012-2021-ci illərdə qeyri neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq, 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ilə 57,8 milyard manata, qeyri neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri neft-qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.

 

 

10 ildə minimum əməkhaqqı 2,7 dəfə, pensiyaların minimum məbləği 2,3 dəfə artıb

 

 

Qeyri neft-qaz sahələrinin, xüsusilə özəl təşəbbüslərin sürətli inkişafında xarici investisiyalar mühüm rol oynayıb. Təkcə 2011-2021-ci illərdə ölkənin qeyri neft-qaz iqtisadiyyatına bütövlükdə 11,1 milyard dollar həcmində birbaşa xarici investisiya yatırılıb. Xarici investisiyalar yüksək məhsuldar sahələrdə rəqabətli dəyər zəncirinin inkişafına müasir infrastrukturun yaradılmasına yönəldilib.

Qlobal daxili iqtisadi mühitdə baş verən dəyişikliklər dövlət büdcəsinin gəlirlərinə təsir etsə , 2011-2021-ci illərdə dövlət büdcəsinin xərcləri nominal ifadədə 1,8 dəfə artıb. Dövlət borcunun daxili xarici seqmentləri makroiqtisadi sabitlik büdcə dayanıqlılığı hədəflərini dəstəkləyib. 2021-ci ilin 31 dekabr tarixinə məcmu dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edir ki, bu da fiskal dayanıqlılıq baxımından məqbul səviyyədir.

Son 10 ildə ölkədə inflyasiya iqtisadi fəallıq üçün məqbul olan səviyyədə qorunub. Bu dövrdə illik inflyasiya orta hesabla 5,3 faiz səviyyəsində olub.

İqtisadi artım ölkə vətəndaşlarının sosial rifahını yaxşılaşdırıb. Bu dövrdə minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 2,0 dəfə, pensiyaların minimum məbləği isə 2,3 dəfə artıb. Aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə istifadə olunan ehtiyac meyarının məbləği son 10 ildə 2,3 dəfə artırılaraq 2011-ci ildəki 75 manatdan 2021-ci ildə 170 manata çatdırılıb.

Ölkədə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilib. Aztəminatlı ailələrə verilən sosial yardımın orta aylıq məbləği 2,6 dəfə artırılaraq 2021-ci ildə 280 manata çatdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində, milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi 2019-cu ildə 2010-cu illə müqayisədə 9,1 faizdən 4,8 faizədək azalıb.

 

 

 

Yüksələn təhsilə, keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq

 

 

 

Keyfiyyətli insan kapitalının hazırlanması prosesinin mühüm mərhələsi olan məktəbəqədər təhsildə göstəricilər yaxşılaşıb. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müəllim-pedaqoq heyətinin inkişafı motivasiyası diqqətdə saxlanılıb. Müəllimlər arasında aparılan müsabiqələr müəllimlərin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlər, habelə müəllimlərin son 10 ildə əməkhaqlarının 2,4 dəfə artırılması ümumi təhsil məktəblərində keyfiyyətə müsbət təsir göstərib.

Ölkədə təhsilə çıxışın yaxşılaşdırılması məqsədilə müasir texnologiyaya əsaslanan təhsil infrastrukturu yaradılıb. 2003-2021-ci illərdə 3400-dən çox məktəb binası tikilib ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76 faizini təşkil edir.

Elmi tədqiqat potensialı müasirləşdirilib, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilib, müasir texnologiyaların tətbiqi imkanları yaranıb bu prosesdə əqli mülkiyyətin rolu artırılıb. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artıb. Son 5 ildə akademik nəşrlərin sayı 80 faiz artıb Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşıb.

Bu dövrdə həmçinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlıq davamlı olaraq yaxşılaşıb. Nəticədə, ölkədə anauşaq ölümü göstəriciləri azalıb, gözlənilən sağlam ömür uzunluğu isə artıb.

Son illərdə dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda koronavirus pandemiyasının təhdidləri uğurla aradan qaldırılıb. Qlobal rəqabətin əsas faktoru kimi keyfiyyətli insan kapitalı, texnoloji modernizasiya və dayanıqlı iqtisadi artım öz mühümlüyünü saxlayır. Lakin yeni sənayeləşmədə texnoloji dəyişikliyə uyğunlaşmaq üçün bütün ölkələr strateji həllərin tətbiqinə başlayıb. Bu dəyişikliklərin təsirlərini minimallaşdırmaq üçün ölkədə yüksək sosial-iqtisadi rifahpotensial formalaşdırılıb.

Bütün bunlar əlbəttə ki, iqtisadi müstəqilliyin bariz təcəssümüdür. Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi islahatlar, sosial-iqtisadi layihələr böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib.

Bu uğurlu göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlər planının vaxtında reallaşması, hədəflərin doğru müəyyənləşdirilməsi ölkəmizin qarşıdakı dövrdə də hərtərəfli sürətli inkişafını təmin edəcək.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2022.- 26 iyul.- S.1;4.