"Azərbaycan Respublikası
Hökuməti ilə Serbiya Respublikası
Hökuməti arasında energetika və mədənçilik
sahələrində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
2022-ci il iyunun 1-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikası Hökuməti
ilə Serbiya Respublikası Hökuməti arasında energetika
və mədənçilik sahələrində əməkdaşlığa
dair Saziş" təsdiq edilsin.
2. Bu
Fərmanın 1-ci hissəsində göstərilən
saziş qüvvəyə mindikdən sonra Azərbaycan
Respublikasının Energetika Nazirliyi onun müddəalarının
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi sazişin
qüvvəyə minməsi üçün zəruri olan
dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul
2022-ci il
Azərbaycan.-2022.-
26 iyul.- S.2.