"Elektroenergetika haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
"Elektroenergetika haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə" 1998-ci il 13 iyun tarixli 723 nömrəli və
"Elektrik və istilik
enerjisi, habelə qaz təchizatı
sahəsində nəzarətin həyata keçirilməsi
Qaydası"nın təsdiq edilməsi haqqında"
2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, "Elektroenergetika
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq istilik enerjisindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
2.2. "Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 546-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 384; 2003, ¹ 10, maddə 582; 2007, ¹ 2, maddə 87, ¹ 6, maddə 601, ¹ 8, maddə 769; 2008, ¹ 8, maddə 719; 2010, ¹ 10, maddə 848; 2011, ¹ 4, maddə 290; 2012, ¹ 10, maddə 953; 2013, ¹ 11, maddə 1334; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 10, maddə 1209; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 7, maddə 1373; 2018, ¹ 3, maddə 409, ¹ 6, maddə 1218; 2020, ¹ 7, maddə 896) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci abzasa "cümlələrində," sözündən sonra "11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində," sözləri əlavə edilsin;
3.2. beşinci - on beşinci abzaslar müvafiq olaraq altıncı - on altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə olunsun:
"həmin Qanunun 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;".
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7 (I kitab), maddə 1490; 2020, ¹ 7, maddə 896; 2021, ¹ 7, maddə 729, ¹ 8, maddə 926, ¹ 12, maddə 1405; 2022, ¹ 4, maddə 321) ilə təsdiq edilmiş "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın 2.6.8-ci yarımbəndinə "elektrik" sözündən sonra "və istilik" sözləri əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul
2022-ci il
Azərbaycan.-2022.-
26 iyul.- S.3.