Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və  Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" 2007-ci il 9 noyabr tarixli 647 nömrəli və "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi,  qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərsalma fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1095; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2016, ¹ 11, maddə 1831; 2017, ¹ 1, maddə 39; 2019, ¹ 3, maddə 437; 2021, ¹ 8, maddə 915; 2022, ¹ 4, maddə 306) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə"nin 8.20-3-cü bəndinə "vasitəsilə" sözündən sonra "və ya bilavasitə" sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 847; 2014, ¹ 10, maddə 1196; 2015, ¹ 3, maddə 270, ¹ 5, maddə 531, ¹ 9, maddə 1006; 2016, ¹ 6, maddə 1059, ¹ 11, maddə 1824; 2017, ¹ 1, maddə 40, ¹ 5, maddə 825, ¹ 11, maddə 2012; 2018, ¹ 3, maddə 417, ¹ 5, maddə 910, ¹ 8, maddə 1676, ¹ 11, maddə 2289, ¹ 12 (I kitab), maddə 2616; 2019, ¹ 3, maddə 434, ¹ 5, maddə 826, ¹ 10, maddə 1581; 2020, ¹ 5, maddə 559, ¹ 6, maddə 684, ¹ 7, maddə 891, ¹ 11, maddə 1341; 2021, ¹ 8, maddə 915, ¹ 12, maddə 1402; 2022, ¹ 3, maddə 219) 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1.  4.7-1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;";

2.2.  4.7-1.2-ci yarımbənd üzrə:

2.2.1.  4.7-1.2.1-ci və 4.7-1.2.2-ci yarımbəndlər  1-ci və 2-ci abzaslar hesab olunsun və aşağıdakı redaksiyada verilsin:

"1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə - yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

2. "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə - yanındakı Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;";

2.2.2.  aşağıdakı məzmunda 3-cü və 4-cü abzaslar əlavə edilsin:

"3. bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi;

4. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə - yerli icra hakimiyyəti orqanları;".

 

 İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyul 2022-ci il

Azərbaycan.-2022.- 26 iyul.- S.3.