Ermənistan əhalisi çörəyə möhtac qalıb

 

Səfalət içərisində yaşayan insanlar  xarici ölkələrdə sığınacaq axtarırlar

 

 

Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Tərəflər bir-birilərini təhdidə davam edirlər. Artıq İrəvanda "Azadlıq" meydanında növbəti mitinq başlayıb.

Aksiyaçılar ötən ay polis polkunun binasını ələ keçirmiş və hazırda həbsdə olan şəxslərə dəstək nümayiş etdirirlər. Bu çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir. Ölkədə əhalinin 60 faizi işsizdir. Bu ilin ilk 6 ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 24 faiz artıb.

"4rd.am" saytı yazır ki, hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və bazarının problemləri üzrə beşillik araşdırmalarının nəticələrinə görə, ölkədə hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edir. Ermənistanda yeni yerlərinin açılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayır. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi tapmaq çox çətindir.

Bütün bunların fonunda sosial-iqtisadi sahədə gərginlik getdikcə daha da dərinləşir. Ermənistanda çörək istehsalı 60 faizə qədər azalıb. Ölkədə orta aylıq əməkhaqqı olduqca aşağı səviyyədədir. Paşinyan iqtidarının milli valyutanın - dramın məzənnəsini saxlamaq üçün göstərdiyi cəhdlər heç bir nəticə vermir. Çünki normal iqtisadiyyatı olmayan ölkədə inflyasiyanın həcmi gün keçdikcə daha da artır. Hətta milli valyutanın məzənnəsini saxlamaq məqsədilə Ermənistan Mərkəzi Bankının indiyədək ayırdığı vəsaitlərin belə problemin yoluna qoyulmasında heç bir təsiri olmayıb. Ölkənin xarici borcu artıq ümumi daxili məhsulun 60-70 faizini üstələyir.

Son zamanlar Ermənistanda çörək istehsalı da kəskin azalıb.  Bu barədə İrəvan çörək zavodunun məsul işçilərindən biri "İravunk" qəzetinə müsahibəsində deyib. O bildirib ki, ölkənin bir neçə şəhərində çörək zavodları var. Son hesabata əsasən, bu müəssisələrdə istehsal 60 faizə qədər azalıb. İnsanlar köhnəlmiş çörəkləri daha çox almaq istəyirlər. Buna səbəb köhnəlmiş çörəyin iki dəfə ucuz satılmasıdır. Birdən-birə istehsalda 60 faizlik azalma ölkə iqtisadiyyatında dözülməz vəziyyətlə əlaqələndirilir.

Sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. Əhalinin işsizlikdən sonra üzləşdiyi ən böyük problem mənzil şəraiti ilə bağlıdır. Ekspertlər bunu inşaat sektorunda illərdir hökm sürən durğunluqla əlaqələndirirlər. Bildirilir ki, Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Ailə üzvləri işsizdir. Onlar ümidlərini yalnız cüzi pensiyaya bağlayırlar. Belə ağır şəraitdə yaşayan ailələrin uşaqları sağlam olmurlar. Uşaqların normal geyimləri olmadığı üçün məktəbə də gedə bilmirlər. Ailələrin aylıq gəliri 40 min dramı keçmir. Həmin məbləğ isə bir nəfərin yaşaması üçün belə kifayət deyil. Əhalinin 43 faizi isə ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Hökumət isə bu problemlərin həllində acizdir. Ermənistanda tikinti sektorunda illərdir durğunluq hökm sürür. Ölkədə sement istehsalı da dayandırılıb.

Ermənistan "Xəbərlər-news.am" saytının əməkdaşı ölkədə artmaqda olan inflyasiyanın onların rifahına necə təsir etdiyini öyrənmək üçün vətəndaşlar arasında sorğu keçirib. Təbii ki, əhali arasında narazılıq baş alıb gedir. Məsələn, həyatlarından gileyli olan ermənilərin biri deyir: "Artıq ət məhsullarını almırıq, çünki pul çatmır". Başqa bir nəfər isə deyir ki, Ermənistanda inflyasiya adi bir hadisəyə çevrilməkdədir. Belə ki, əgər əvvəllər 10.000 drama nə isə almaq olurdusa, indi bunun üçün 20.000 dram ödəməyə məcbursan.

Son illərdə Ermənistan vətəndaşları arasında inkişaf etmiş xarici ölkələrdə sığınacaq axtaranların sayı nəzərəçarpacaq dərəcədə artıb. Son dövrlərdə 11 mindən çox erməni xarici ölkələrdən sığınacaq istəyib. Fransada məskunlaşmaq arzusunda olan ermənilərin sayı son on illə müqayisədə iki dəfə artıb. Ötən il Fransaya 4 mindən artıq erməni sığınacaq üçün müraciət edib. Fransadan sonra Almaniyadan, Avstraliyadan, KanadadanPolşadan sığınacaq almağa çalışan ermənilərin sayında artım müşahidə olunur.

Bunlar bir daha Ermənistanda bütün sahələrdə vəziyyətin qeyri-qənaətbəxş olduğunun, ölkə hakimiyyətinin hər keçən gün daha çıxılmaz vəziyyətə düşdüyünün sübutudur. Hadisələrin bu səpkidə inkişafı yaxın gələcəkdə Ermənistanda hakimiyyət böhranının dərinləşəcəyini göstərir.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 23 iyul.- S.7.