İsveçrədə
"QARABAĞ" ruzigarı
Ağdam klubu bu gün
səfərdə "Sürix"
komandası ilə qarşılaşacaq
UEFA Çempionlar
Liqası, 2-ci təsnifat mərhələsi, cavab
qarşılaşması
21:00 "Sürix"
(İsveçrə) -
"Qarabağ" (Azərbaycan)
Baş
hakim: Allard Lindhout (Niderland)
Stadion Letziqrund, Sürix
İlk oyun: 2:3
"İsveçrə "Sürix"i oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir
halda Bakıda rəqibi daha yaxından tanıdıq.
Səfərə böyük ümidlə
gedirik".
Bu sözləri "Qarabağ"ın baş
məşqçisi Qurban
Qurbanov UEFA Çempionlar
Liqasının 2-ci təsnifat
mərhələsində "Sürix"ə qarşı
keçiriləcək cavab
oyunu üçün
İsveçrəyə yollanarkən
deyib.
Həqiqətən "Sürix"in əlavə
üstünlüyü ondan
ibarətdir ki, matç ərzində iki oyun planına
dönməyi bacarır.
Bakıda keçirilən ilk matçda
rəqib topu təmsilçimizə verib
müdafiə olunmaqla
kifayətlənərək, yaranmış əks-hücumlardan
faydalanmaq istədi. Bundan maksimum
yararlanan Ağdam klubu oyunu meydançanın
rəqibə aid hissəsinə
yıxmaqla, daha çox topa sahib olub "Sürix"in müdafiə xəttini yarmağı bacardı.
Xüsusilə, qonaqların
heyətində meydanın
mərkəzində yer
alan Mark Xornuşuxun etdiyi kobud səhvlər "Sürix"in qapısı
qarşısında təhlükəli
epizodlarla yadda qaldı. Nəticədə rəqib qapısı
qarşısında bir
neçə dəfə
qol epizodu yaradan "Qarabağ" bu vəziyyətlərin
3-nü qola çevirməyi
bacardı.
Ağdam təmsilçisinin heyətində
Marko Yankoviçin həm
toplu, həm də topsuz oyunlardakı çıxışı
sayəsində komandamız
3-cü zonada say baxımından
da çox qalmağı bacardı. Lakin fasilədən
sonra "Sürix"
oyun planında dəyişikliyə gedib
4-4-2 taktiki düzülüşə
döndü. Meydanın mərkəzində
edilən Şeyk Konde dəyişikliyi rəqibin oyununu tamamilə dəyişdi.
Daha çox hücumda qalan qonaqlar müdafiənin arxasına
edilən ötürmələrlə
qapımız qarşısında
təhlükəli epizodlar
yaşatdılar və
yekunda istədikləri
nəticə ilə Bakıdan ayrıldılar
- 3:2.
Təbii ki, Bakıdakı qarşılaşmada hesab üstünlüyünü qorumamaq Qurban Qurbanovun oyunçu dəyişikliklərində etdiyi səhvlərlə də bağlamaq olar. Çünki birdən 3 və ya 4 futbolçunu əvəz etmək komanda oyununda balansın pozulmasına gətirib çıxara bilər. Bunun "Sürix"lə ilk matçda şahidi olduq.
Çox güman ki, İsveçrədə də 4-3-3 oyun formatı ilə meydana çıxacağı gözlənilən "Qarabağ" yenə də, müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə daha çox diqqətli olmalıdır. Bakıdakı matçda birinci hissənin yarıdan çoxunu təzyiq altında olan qonaqlar arabir əks-hücumlara atılsa da, futbolçularımız onlara təhlükəli epizod yaratmağa imkan vermirdi və üstünlük "Qarabağ"da qalırdı. Təbii ki, meydan sahibləri azarkeş amilini də nəzərə alaraq oyuna sürətli başlamaq istəyəcəklər. İlk yarım saat ərzində daha çox qısa ötürmələrə üstünlük verərək meydanın mərkəzində "Sürix"li futbolçuları yormaq lazımdır ki, matç tempi aşağı düşsün və qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı yaransın. Bunun öhdəsindən gəlmək üçün isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır.
"Qarabağ" eyni zamanda müdafiə xəttini daha çox meydançanın mərkəzinə çəkərək rəqibə boş zona yaratmamağa çalışmalıdır. Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstün olmağı bacaracaq. Burada isə daha çox iş Yankoviç və Almeydaya düşəcək. Abdulla Zubirin və İbraima Vadjinin isə tez-tez cinahları dəyişməsi "Sürix"in müdafiə xəttində balansın pozulmasına da səbəb ola bilər. Bu boşluqlardan Kadi Borqes fərdi ustalığı sayəsində yararlanmaq imkanına sahib olar.
Müdafiənin cinahlarında daha sayıq görünən İsveçrə çempionu mərkəzdə heç də uğurlu deyil. Çünki matçın müəyyən hissələrində bəzən sağ və ya sol cinah müdafiəçiləri hücuma qoşularkən itirilən toplardan sonra geriyə qayıtmada ciddi problem yaşayırlar. Belə ki, hücumda çoxalarkən, müdafiə olunmaqda say baxımından geri qalan "Sürix"i komandamız səbirli, həyəcana yol vermədən, hətta məğlub edib Azərbaycan adına daha bir zəfərə imza ata bilər.
Çətin sınaq olsa da, "Qarabağ"ın avrokubok təcrübəsinin də kifayət qədər olduğunu deməliyik.
Bir sözlə, vurduğun qol olsun, "Qarabağ!"
Elçin
CƏFƏROV,
Azərbaycan.-2022.- 27 iyul.- S.8.