Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 3/11

 

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi)   29.6-cı maddəsinin tələblərinə görə seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik ediro, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Komissiyanın yaradılmasının əsas məqsədi seçki dairələrinin Seçki Məcəlləsinin tələblərinə uyğun yaradılmasını təmin etməkdir.

Hazırda Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə formalaşması həmin komissiyanın da yeni tərkibdə təsdiq edilməsi zərurətini yaratmışdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq qərara alır:

1. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya aşağıdakı tərkibdə yenidən təsdiq edilsin:

 

 Komissiyanın sədri

 

Rövzət Afət oğlu Qasımov    -           Mərkəzi Seçki Komissiyası sədrinin müavini

 

 

Komissiyanın üzvləri

 

Ramiz Hilal oğlu İbrahimov   -           Mərkəzi Seçki Komissiyasının üzvü

 

Qabil Əhməd oğlu Orucov    -           Mərkəzi Seçki Komissiyasının üzvü

 

Nailə Şahmərdan qızı Əsgərova        - Mərkəzi Seçki Komissiyasının üzvü

 

Almas Əlisultan qızı Qəhramanlı       - Mərkəzi Seçki Komissiyasının üzvü

 

İlkin Zaur oğlu Şahbazov       -           Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi

 

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi. 

 

2. Qısa müddət ərzində komissiyanın tərkibinə daxil olacaq mütəxəssislərin ayrılmasının müvafiq qurumlarla razılaşdırılması təmin edilsin.

 

3. Bu Qərarın 2-ci hissəsinin icrası Mərkəzi Seçki Komissiyası sədrinin müavininə həvalə edilsin.

 

4. "Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında" Mərkəzi Seçki Komissiyasının 2010-cu il 3 avqust tarixli 16/61 saylı Qərarı ləğv edilsin.

 

5. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

26.07.2022-ci il

Azərbaycan.-2022.- 27 iyul.- S.4.