Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 3/12

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 22.4.4-cü, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Anar Tanrıverdi oğlu Abbasov 9 saylı Binəqədi ikinci, Aydın Bəşir oğlu Quliyev 82 saylı Ağcabədi, Ülvi Sarif oğlu Hüseynov 97 saylı Goranboy - Ağdam - Tərtər, Tehran Tofiq oğlu Əzizov 113 saylı Şəki şəhər, Kamran Kamal oğlu Rəsulov 115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.

2. Nofəl Mülazim oğlu Əhmədov 9 saylı Binəqədi ikinci, Gülnar Vaqif qızı Cəfərli 81 saylı Beyləqan, Dilsuz Teymur oğlu Nəcəfov 93 saylı Bərdə şəhər, Aqşin Rəcəf oğlu Həziquliyev 97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

 

Sədr    Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov

 

 

26.07.2022-ci il

Azərbaycan.-2022.- 27 iyul.- S.4.