İqtisadi müstəqilliyin
uğur formulu
Azərbaycanın
maliyyə imkanlarının artması İlham Əliyevin
sosial-iqtisadi inkişaf strategiyasının reallaşması
üçün zəmin yaradır
Qlobal iqtisadiyyatın üzləşdiyi ağır sınaq illərinin ardından əksər ölkələr yeni inkişaf strategiyalarını postböhran dövrünün çağırışlarına uyğun müəyyənləşdirirlər.
Ekspertlər 2022-ci ili dünya iqtisadiyyatının tənəzzüldən çıxaraq bərpa dövrünə keçidi ili kimi səciyyələndirsələr də, görünən odur ki, iqtisadi böhran bu gün də davam etməkdədir. Məhz bu səbəbdən də böyük dövlətlər bütün addımları yeni reallıqlara uyğun atırlar.
Dünyanın bir parçası olan və İkinci Qarabağ müharibəsindən şanlı zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun müəyyən edib. Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüaz çıxaran İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" inkişaf strategiyasında nəzərdə turulan layihələrin, proqramların uğurlu icrası nəticəsində ölkəmizin maliyyə imkanları artıb. Belə bir dövrdə maliyyə imkanlarının artması isə onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da öz gücünə, öz hesabına qarşıya qoyulan hədəfləri uğurla reallaşdıra biləcək.
Böhran
fonunda artan sosial-iqtisadi göstəricilər
Hazırda Azərbaycan regionun ən sürətlə inkişaf edən qüdrətli dövlətidir. Ötən
illər ərzində
respublikamızın bölgələrinin
inkişafı istiqamətində
həyata keçirilən
layihələrin uğurlu
göstəriciləri, yaranan
mənzərə hər
bir ölkə üçün nümunə
ola bilər.
Ölkəmizin maliyyə imkanlarının
artması isə onu deməyə əsas verir ki, qarşıdakı dövrdə də regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları uğurla
icra olunacaq.
İlham Əliyevin sosial-iqtisadi islahatları, qəbul etdiyi mütərəqqi qərarları sayəsində
ölkə iqtisadiyyatındakı
artım tempi rəqəmlərdə
də öz əksini tapır və bu da
görülən işlərin
təsdiqi hesab olunur. Qlobal böhran fonunda
Azərbaycanın müxtəlif
sahələr üzrə
əldə etdiyi uğurlu göstəricilərə
nəzər yetirsək,
bunu aydın şəkildə görə
bilərik.
Ötən 6 ayın statistik
göstəriciləri:
* iqtisadiyyat
6,2 faiz;
* nəqliyyat
sektorunda 27 faiz;
* qeyri
neft-qaz emalı sənayesi 15 faiz;
* turizm
və ictimai iaşə 86 faiz;
* informasiya
və rabitə sektoru 14 faiz;
* qeyri-neft sənayesi
11,5 faiz;
* qeyri-neft
iqtisadiyyatı 9,6 faiz;
* sənaye
istehsalı 2,1 faiz;
* sənaye
zonalarında istehsal
53 faiz;
* əhalinin
gəlirləri 20 faiz;
* xarici
ticarət 70 faizdən
çox;
* ixrac
2 dəfədən çox;
* sənaye məhsullarının
ixracı 42 faiz;
* qeyri-neft ixracı
25 faizdən çox artıb;
* inflyasiya 12,9 faiz
təşkil edib;
* orta əməkhaqqı
14 faiz;
* pensiya 10 faiz
artıb;
* xarici ticarət
balansının müsbət
saldosu 12,1 milyard dollar
olub;
* vergilər sahəsində
proqnozdan əlavə,
2 milyard manat pul yığılıb;
* xarici borc
ümumi daxili məhsulun 10,7 faizini təşkil edib;
* əsas kapitala
investisiyaların real artımı
18,5 faiz olub.
Büdcə gəlirlərinin artması
regionların inkişafına
böyük töhfə
verəcək
İqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə təbii ki, Azərbaycan öz hesabına regionların inkişafını, xüsusilə
Qarabağ və Şərqi Zəngəzurun
yenidən qurulması
prosesini daha da sürətləndirir.
Bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə
Prezident müvafiq məsələyə
toxunaraq vurğuladı
ki, Azərbaycan dövləti digər regionlarla yanaşı, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda da möhtəşəm layihələr
gerçəkləşdirir. Buna da, əlbəttə
ki, xeyli vəsait lazımdır.
Müharibədən ötən
1 il 8 ay ərzində isə hələ bir dəfə olsun belə Azərbaycana kömək edilməyib:
"Heç bir yerdən heç kim bizə bir
manat yardım etməyib, hamısını
özümüz edirik.
Şəhərləri qururuq, kəndləri
qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik.
Bununla paralel olaraq, sosial məsələləri
həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də
bunu özümüzə
mənəvi borc bilirik və bizim sosial siyasətimiz
hər zaman belə olub".
Reallıq budur ki, dünya bazarında neftin qiymətinin qalxması ilə Azərbaycanın 2022-ci il dövlət büdcəsinə nəzərdə
tutulandan daha çox gəlirlərin daxil olması ona yenidən baxılması zərurətini
yaratdı.
İlham
Əliyev tərəfindən "Azərbaycan Respublikasının
2022-ci il dövlət
büdcəsi haqqında"
qanuna dəyişikliklər
edilməsi barədə
layihə Milli Məclisə təqdim olundu və qəbul edildi. Bu dəyişiklik, yəni büdcəyə daxil olan əlavə
vəsaitin ilk növbədə
işğaldan azad edilmiş ərazilərimizin
bərpa və quruculuq işlərinə,
eləcə də sosial sahəyə yönləndirilməsi üçün
real zəmin yaratdı.
Xatırladaq ki, 2021-ci ildə
bu məqsədlə dövlət büdcəsindən
2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də
bu həcmdə vəsait nəzərdə
tutulmuşdu. Artan büdcə
gəlirlərinin 470 milyon
manatı işğaldan
azad olunmuş ərazilərin bərpasına
yönəldilib. Beləliklə, son iki ildə işğaldan
azad olunmuş ərazilərdə bərpa
və yenidənqurma işlərinin aparılmasına
ümumilikdə 4 milyard
870 milyon manat vəsait ayrılıb.
Bu isə ondan xəbər verir ki, Azərbaycan daxili imkanları hesabına 2 il ərzində təxminən
5 milyard manata yaxın vəsaiti Qarabağ və Şərqi Zəngəzurun
bərpa və yenidən qurulma işlərinə ayıra
bilib. Bu da Azərbaycanın iqtisadi gücünü
göstərən faktorlardan
biridir.
Amma İlham Əliyev vurğulayır ki, Azərbaycan dövləti büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməyib. Yəni bu, dürüstləşmə, eyni zamanda aparılan islahatlar nəticəsində mümkün olub. Çünki dünyada neftin qiyməti qalxsa da, kapital bazarları çöküb. Bunu da hər kəs bilməlidir. Bəzən neftin qiymətinin artmasını Azərbaycanın daha çox zənginləşməsi kimi qiymətləndirənlər olur: "Bəli, neftin qiyməti artıb, amma bizim ehtiyatlarımız əsasən istiqrazlardadır, səhmlərdədir. Açsınlar baxsınlar, dünyanın kapital bazarları necə çöküb. Əlbəttə, bu müvəqqətidir. Bütün suveren fondlar bu vəziyyətlə üzləşiblər. Mən indi başqa suveren fondların itkilərini demək istəmirəm, amma burada 10 milyardlarla itkilərdən söhbət gedir - böyük suveren fondların, bu kapital bazarının çökməsi nəticəsində. Bu bizə də mənfi təsir göstərir. Ancaq biz öz işimizlə, islahatlarla elə işləyirik ki, heç kim bunu hiss etmir".
Təbii ki, büdcədən ayrılmış əlavə vəsaitlər Böyük qayıdışın təmin edilməsinin sürətləndirilməsinə, şəhər və kəndlərin bərpası və yenidən qurulmasının genişləndirilməsinə, həmin ərazilərdə əlavə müasir infrastrukturların yaradılmasına, ən qabaqcıl innovativ xidmət şəbəkəsinin qurulmasına yönəldiləcək.
Əminliklə deyə bilərik ki, Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatından yardım almadan yalnız öz imkanları hesabına regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasını uğurla reallaşdırır, Qarabağ və Şərqi Zəngəzuru sürətlə bərpa edir. Zəngilanın Ağalı kəndinə qayıdış da bu prosesin tərkib hissəsidir.
Bütün
bunlar bir daha təsdiq edir ki, tarixinin ən qüdrətli
dövrünü yaşayan Azərbaycanın iqtisadi müstəqilliyi
gücləndikcə, siyasi müstəqilliyi daha da möhkəmlənir
və ölkəmizin beynəlxalq nüfuzu artır, tərəfdaşları
çoxalır, Cənubi Qafqazın lideri statusunu hər zaman
qoruyub saxlayır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 28 iyul.- S.4.