"Azərbaycan
Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007,
¹ 6, maddə 650; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 121; 2014, ¹ 2, maddə 112, ¹ 4, maddə 391, ¹ 6, maddə 644; 2015, ¹ 7, maddə 852; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018,
¹ 1, maddə 79, ¹ 8, maddə 1677; 2021, ¹ 7, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3295 nömrəli Sərəncamı) 1-ci hissəsində "Azərbaycan Respublikası Baş nazirinin birinci müavini" sözləri "Azərbaycan Respublikasının iqtisadiyyat naziri" sözləri ilə əvəz edilsin və həmin hissədən "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan
Respublikası ilə Türkmənistan arasında iqtisadi və
humanitar sahələrdə əməkdaşlıq üzrə
birgə hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinə bu Sərəncamın
1-ci hissəsi ilə edilmiş dəyişiklik barədə
Türkmənistan tərəfinə müvafiq bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2022-ci il
Azərbaycan.-2022.- 29 iyul.- S.2.