Bakı şəhərinin Nizami rayonu ərazisində
avtomobil yollarının yenidən qurulması işlərinin
davam etdirilməsi ilə bağlı bəzi
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.
Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil
yollarının yenidən qurulması işlərinin davam
etdirilməsi məqsədilə "Azərbaycan
Respublikasının 2022-ci il dövlət büdcəsində
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)
üçün nəzərdə tutulan vəsaitin
bölgüsü"nün 1.26.18-ci yarımbəndində
göstərilmiş məbləğin 3,0 (üç) milyon
manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2022-ci il
Azərbaycan.-2022.- 29 iyul.- S.2.