Qüdrətli dövlət,
yüksək rifah, davamlı sabitlik
İlham
Əliyevin müəllifi olduğu yeni sosial-iqtisadi inkişaf strategiyası növbəti onillikdə
hərtərəfli tərəqqinin təminatıdır
Bir vaxtlar iqtisadi müstəqilliyini təmin edə bilməyən, xaricdən aldığı yardımlarla keçinən, zəngin təbii ehtiyatları ola-ola hətta əhalisinin enerjiyə olan tələbatını idxal hesabına ödəyən Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq müstəqil Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş ölkə kimi qəbul edir.
Bütün bu uğurlar isə cəmi 30 ildə əldə edilib. Son 19 ildə isə İlham Əliyevin yürütdüyü siyasətlə Azərbaycan iqtisadi və siyasi müstəqilliyə, müzəffər orduya sahib qüdrətli dövlətə çevrilib.
Bu gün dünyanı təhdid edən qlobal iqtisadi böhran fonunda Azərbaycanın dayanıqlı inkişafı məhz İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar sayəsində əldə edilib. Uzaqgörən lider kimi qəbul etdiyi qərarlarla, reallaşdırdığı inkişaf strategiyası ilə Azərbaycanın gücünə güc qatan dövlət başçısının qarşıdakı 5 il üçün müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası da qarşıdakı dövrdə gözlənilən böhrandan az itki ilə çıxmağı hədəfləyir.
Yüksəkgəlirli dövlətlər qrupuna daxil olmaq üçün iqtisadiyyat davamlı artmalıdır
Prezidentin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da qeyd edilir ki, ölkə iqtisadiyyatının uzunmüddətli dövrdə qlobal və daxili mühitdən irəli gələn yeni çağırışlarla üzləşməsi labüddür. Milli iqtisadiyyatımızın kiçik olması və qlobal iqtisadiyyata yüksək inteqrasiyası xarici mühitdən irəli gələn qalıcı çağırışlara həssaslığını şərtləndirir və milli iqtisadiyyatın strukturunun dəyişməsini zəruri edir. Bu çağırışlar çoxistiqamətlidir.
Ölkəmizin yüksəkgəlirli dövlətlər qrupuna daxil olması üçün uzunmüddətli dövrdə iqtisadiyyat sürətli və davamlı artmalıdır. Dünyada 13 ölkənin iqtisadiyyatı 25 il ərzində hər il orta hesabla 7 faizi üstələyən artım nümayiş etdirib. Bu iqtisadiyyatlar sürətli, dayanıqlı və inklüziv şəkildə artaraq, yüksəkgəlirli ölkələrlə məsafənin azalmasına nail olublar. Elə milli iqtisadiyyatımız yüksəkgəlirli ölkələr sırasına daxil olmağı hədəfləyir. Bunun üçün dayanıqlıq və inklüzivlik keyfiyyətlərini özündə cəmləyən yeni iqtisadi artım olmalıdır. Yalnız belə bir iqtisadi artım hər bir Azərbaycan vətəndaşının gəlirlərinin davamlı artması üçün zəmin yarada bilər.
Sənəddə qeyd edilir ki, dünya ölkələrinin iqtisadiyyatlarında sürətli rəqəmsallaşma meyilləri və bu əsasda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Dünyada davamlı texnoloji inkişaf qlobal dəyər zəncirini sürətlə genişləndirir və onun coğrafiyasını böyüdür. Bu, qlobal əmtəə və xidmətlərin son istehlakçıya vaxtında, keyfiyyətli və aşağı qiymətə çatdırılmasına imkan verir. Rəqəmsal cəmiyyətin istehlakçıları sifariş etdikləri məhsulları bütün dəyər zənciri üzrə izləmək imkanına malikdirlər. Bu meyillərdən faydalanma ölkə iqtisadiyyatının qısa müddətdə qlobal dəyər zəncirinə inteqrasiyasına dəstək olacaq.
Növbəti onillikdə ölkənin
sosial-iqtisadi inkişaf
modeli
Strategiyada növbəti onillikdə
ölkənin sosial-iqtisadi
inkişaf modelinə də diqqət ayrılır və qeyd edilir ki,
həyata keçirilən
bu modelin başlıca nəticələri
Azərbaycanın ərazi
bütövlüyünün bərpası, beynəlxalq
nüfuzunun artırılması,
ölkənin iqtisadi potensialının gücləndirilməsi
və əhalinin sosial rifah vəziyyətinin
əhəmiyyətli yüksəldilməsi
olub.
Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə
dayanıqlı iqtisadi
artım, yüksələn
sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiyyatda neft gəlirlərindən
effektiv istifadə etməklə gələcək
inkişaf üçün
şaxələnmə və
ixrac potensialı yaradılıb. Bütün bu
nəticələrin əldə
olunmasında dövlətin
səmərəli idarəetməsi
həlledici rol oynayıb. Növbəti strateji dövrdə
"Qüdrətli dövlət
və yüksək rifah cəmiyyəti"nə
çevrilmək üçün
mövcud sosial-iqtisadi
modelin məzmunu və strukturu əhəmiyyətli dərəcədə
yenilənəcək. Bu əsasda qəbul edilmiş "Azərbaycan
2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər" müasir
inkişaf ideologiyasına
əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcək.
Bu model ölkənin bütün resurslarını
və nailiyyətlərini
səfərbər etməklə,
onları uzunmüddətli
dövrdə qarşıya
qoyulan strateji vəzifələrin reallaşmasına
yönəldəcək.
Yeni sosial-iqtisadi
inkişaf modeli 2030-cu
ilədək olan dövrdə ölkədə
bütün sahələrdə
həyata keçirilməsi
nəzərdə tutulan
köklü islahatların
ideologiyasını təmin
edir. İdeologiyanın nüvəsində yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən
əqli mülkiyyətin
inkişafı və rəqabətli bazarlar durur.
Bu sosial-iqtisadi inkişaf
modelinin iki mərhələdə həyata
keçirilməsi nəzərdə
tutulur. Birinci mərhələdə (2022-2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün
təməl şərtlər
işə salınacaq
2027-2030-cu
illəri əhatə
edəcək ikinci mərhələdə isə
bu təməl şərtlərin komplementarlığı
şəraitində milli
iqtisadiyyatın keyfiyyətcə
yeni simasının yaradılmasına nail olunacaq.
Çoxsahəli inkişafın yeni
keyfiyyət səviyyəsi
müəyyən ediləcək
Qarşıdakı onillikdə hərtərəfli
tərəqqinin təminatı
adlandırılan strategiyada
qeyd edilir ki, 2022-2026-cı illərdə
yeni sosial-iqtisadi inkişaf modeli Azərbaycanda çoxsahəli
yüksəlişin yeni
keyfiyyət səviyyəsini
müəyyən edəcək. Bu mərhələdə başlıca
məqsəd yüksək,
dayanıqlı, inklüziv
iqtisadi artım templərini bərpa etməklə, hər bir Azərbaycan Respublikası vətəndaşının
sabit təminatlı həyat səviyyəsinə
nail olmaqdır.
Bu zaman başlıca vektor artımın səviyyəsindən çox, onun keyfiyyətinə əsaslanacaq. Strateji dövrdə yeni artım modeli özəl təşəbbüslərə, keyfiyyətli və sağlam insan kapitalına söykənəcək. Dayanıqlı, inklüziv inkişafı təmin edən özəl təşəbbüslər və rəqabətqabiliyyətli açıq iqtisadiyyat modeli müasirləşmə strategiyasının əsas qüvvəsi olacaq. Rəqabətlilik ölkədə adambaşına düşən milli gəlirin uzunmüddətli dövrdə stabil artmasına və insanların həyat standartının yüksəldilməsinə imkan yaradacaq. İqtisadiyyatın rəqabətliliyi əsas təməl olan məhsuldarlığın dərinləşməsi hesabına artırılacaqdır. Bu strateji dövrdə özəl və məhsuldar investisiyalar, keyfiyyətli institutlar, müasir bilik və bacarıqları olan insan kapitalı, sağlam cəmiyyət, innovasiya və yeni texnologiyalar, həmçinin makroiqtisadi sabitlik yüksək məhsuldarlığı təmin edəcək.
İnkişafın əsas qüvvəsi sahibkar olduğundan, dövlət bütün qüvvəsini və resurslarını rəqabətli və dayanıqlı iqtisadi fəaliyyət mühitinin dəstəklənməsinə yönəldəcək. Bu model hamı üçün bərabər imkanlar və fürsətlər yaradacaq. Yalnız bacarıqlar bütün sahələrdə uğurun fundamental şərti olacaq.
Yeni sosial-iqtisadi inkişaf modelinin reallaşdırılması üçün ölkədə zəruri iqtisadi resurslar və müasir infrastruktur bazası mövcuddur. Qarşıdakı dövrdə sosial-iqtisadi inkişaf modeli əvvəlki dövrlərdə əldə edilmiş nailiyyətlərə əsaslanmaqla reallaşdırılacaq. Beynəlxalq nüfuza malik güclü lider, çətin dövrlərdə yüksək dövlət və vətəndaş həmrəyliyi, yeniliyə açıq və biliyi hər şeydən üstün tutan cəmiyyət, eləcə də uzun illər ərzində formalaşmış yüksək iqtisadi potensial yeni milli sosial-iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin təminatıdır.
Əlverişli demoqrafik vəziyyətin mövcudluğu, iqtisadi fəal gənc əhalinin işçi qüvvəsinin ümumi strukturunda yüksək paya malik olması və gənclər tərəfindən yeni innovativ metodların dərindən mənimsənilməklə tətbiqi daha effektiv nəticələrin əldə olunması üçün fürsətlər yaradır. Bu fürsətlər sayəsində modelin aparıcı qüvvəsi olan vətəndaşın bilik, bacarıq və səriştələrinin artması onun gəlir qazanmaq imkanlarını genişləndirəcək və sağlam həyat tərzini təmin edəcək. Bilikli cəmiyyət müasir texnologiya və innovasiyaların həm yaradıcısına, həm də istifadəçisinə çevriləcək.
Əminliklə deyə bilərik ki, İlham Əliyevin milli maraqlara əsaslanan siyasəti qarşıdakı dövrdə də ölkənin hərtərəfli tərəqqisini təmin edəcək. Strategiyada göstərilən bütün istiqamətlərin uğurlu icrası ilə Azərbaycan Qafqazın siyasi və iqtisadi güc mərkəzi kimi mövqelərini daha da gücləndirəcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 29 iyul.- S.3.