Sahibkarlığa dəstək davamlı və sistemlidir

 

 

Hər bir ölkənin iqtisadisosial inkişafının əsas təkanverici amillərindən biri sahibkarlıq və sərbəst biznes mühitidir. Ona görə sahibkarlıq fəaliyyəti üçün daha da əlverişli imkanların təmin olunması, bu  məqsədlə mütəmadi olaraq  islahatların aparılması Azərbaycan dövlətinin inkişaf strategiyasının məzmununu təşkil edir. Bütün bunların nəticəsidir ki, Azərbaycanın maliyyə imkanlarının artmasında, büdcə gəlirlərinin yüksəlməsində əsasən sahibkarların yer aldığı qeyri-neft sektorunun payı durmadan yüksəlir.

 

 

Uğurlu islahatların nəticəsi

 

 

Ümumiyyətlə, son dövrlərin iqtisadi mənzərəsi Azərbaycanın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən bir ölkə olduğunu, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursunun özünü tam doğrultduğunu nümayiş etdirir. Bu baxımdan qazanılmış nailiyyətlər ölkə rəhbərinin inkişaf kursunun təməlində dərindən düşünülmüş elmi-iqtisadi əsasların, dövlətin və xalqın maraqlarının təmin olunmasının dayandığını göstərir. Dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş dövlətlərində yeni iqtisadi çətinliklərin  meydana çıxdığı bir vaxtda Azərbaycan iqtisadiyyatının nümayiş etdirdiyi artım tempi həyata keçirilən islahatların səmərəliyindən xəbər verir.

Son illərdə ölkəmizdə vergi sistemindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və ixrac imkanlarının dövlət tərəfindən stimullaşdırılması, "Made in Azerbaijan" brendi altında məhsullarımızın dünyada tanıdılması istiqamətində görülən işlər sahibkarlığın inkişafına və bütövlükdə qeyri-neft sektorunun yüksəlişinə təkan verməkdə, iqtisadi inkişafı yeni mərhələyə qaldırdı. 2017-ci ildə yaradılan  KiçikOrta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaradılması sahibkarlığın inkişafına dövlət dəstəyinin mükəmməl nümunəsidir. Bu cür addımlar davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədilə kiçikorta biznesin iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılmasına  xidmət edir. Qeyd edək ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da mikro, kiçikorta biznes iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafının açarıdır. Azərbaycanda sahibkarların təqribən 99,6 faizini kiçikorta biznes subyektləri təşkil edir. Bunun 93,3 faizi mikro, 4,5 faizi kiçik və 1,8 faizi orta sahibkarlıq subyektləridir. Ölkəmizdə kiçikorta biznes subyektləri, əsasən, ticarət, tikinti, emal, kənd təsərrüfatı, logistika və digər sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə bu il kiçikorta biznes subyektlərinin dövriyyəsi orta hesabla 85 faiz artıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin layihələri güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilir. Fond tərəfindən bu günədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 mindən çox layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb. Layihələrin 90,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edibbu məqsədlə 1,4 milyard manat vəsait ayrılıb.

 

 

Özəl bölmənin ÜDM-də payı daha da çoxalır

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Sahibkarlığın ÜDM-də payı 80 faizi ötüb. Sahibkarlığın məşğulluqda payı isə 80 faizə yaxındır.  Özəl bölmənin dövlət dəstək alətlərindən daha geniş istifadəsi qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsalemal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin əlverişliliyinin yüksəldilməsi və dövlət təşviqlərinin verilməsi siyasəti ölkəyə sərmayə cəlbini və sərmayə qoyuluşunun səmərəliliyini artırır.

Bütün bunların nəticəsidir ki, 2022-ci ilin ötən dövrü ərzində qeyri-neft iqtisadiyyatının özəl bölməsi ilə bağlı qeydə alınan göstəricilər olduqca müsbətdir. Məsələn, bu ilin yanvar-iyun aylarında bu sahədən vergi daxilolmaları

35 faizdən çox artıb. Hazırda özəl bölmənin qeyri neft-qaz vergi daxilolmalarında xüsusi çəkisi 75 faizi üstələyir. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə cari il iyun ayının 1-də sahibkarlıqla məşğul olan fiziki şəxslərin bank hesablarının sayının 47 faiz artması da ölkədəki əlverişli biznes mühitinin uğurlu göstəricisi kimi dəyərləndirilə bilər.

Əldə edilən uğurlu göstəricilər həm də şəffaflığın və hesabatlılığın nəticəsidir. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bununla bağlı deyib: "Ona görə iqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavəni ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru".

Respublikamızda həyata keçirilən iqtisadi siyasət şəffaf və nümunəvi biznes mühitini formalaşdırıb. Bunu nüfuzlu beynəlxalq reytinq təşkilatları da öz hesabatlarında dəfələrlə göstəriblər.  Eyni zamanda özəl bölmə dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı mexanizmlərdən də uğurla faydalanır. Azərbaycanda sahibkarlığın inkişafına bundan sonra da diqqət göstəriləcək, sağlam biznes mühiti təmin olunacaq.

 

 Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 29 iyul.- S.3.