60-dan çox ölkənin gənc nümayəndəsi Azərbaycandadır

 

Bakıda keçirilən sammit Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək

 

 

Ölkəmizin paytaxtı bu günlərdə daha bir beynəlxalq tədbirə evsahibliyi edir. Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan gənclərin sammiti iyulun 25-də öz işinə başlayıb. Sammit iyulun 29-dək davam edəcək.

Tədbirdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsi iştirak edir. Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib.

Müraciətdə Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verildiyi, hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbirin hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi diqqətə çatdırılıb. Dövlət başçısının müraciətində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə diqqət yetirilib. Bildirilib ki, hərəkata üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin QH-yə sədrliyinin daha bir il - 2023-cü ilin sonunadək uzadılması sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyininüzv dövlətlərin Azərbaycana etimadının bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid iştirakçılara videomüraciətində Qoşulmama Hərəkatının gənclər sammitinin təşkilində və gənclərlə bağlı məsələlərin həllində Azərbaycan hökumətinin fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Postpandemiya dövründə dünyanın bərpasında gənclərin fəal iştirakının təmin edilməsinin əhəmiyyətini qeyd edən Abdulla Şahid vurğulayıb ki, hər bir aktual mövzunun müzakirəsində, qərarvermə prosesində gənclərin iştirakı lazımdır və labüddür. O deyib ki, BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub. Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün mədəni mübadilə istiqamətində platforma təklif edirbu, çox vacibdir.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxışında ötən ilin noyabrında yaradılmış şəbəkənin həyata keçirdiyi işlərdən, gələcək planlarından danışıb.

Tədbirdə sammitin iştirakçıları, QH Gənclər Şəbəkəsinin üzvlərindən başqa, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin müvafiq nümayəndələri, Milli Məclisin deputatları, QH-yə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri milli qisimdə fikirlərini bildiriblər.

Tədbirin proqramına uyğun olaraq sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH modeli simulyasiya məşğələsi, həmçinin təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin də olduğu panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə jurnalistlərə müsahibəsində ötən ilin oktyabrında təsis olunan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin ilk beynəlxalq sammitinin keçirildiyini vurğulayıb. Qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü iki əsas təşəbbüsdən biri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması idibu, bir ilkdir.  "Qoşulmama Hərəkatının ilk dəfə Azərbaycanda beynəlxalq simulyasiya konfransını keçirəcəyik. Sammitin son günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərimiz nəzərdə tutulub. Burada Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatı adlandırılması ilə bağlı müzakirələr aparacağıq".

Qeyd edək ki, ölkəmiz bu təşkilata 2019-cu ildən uğurla rəhbərlik edir.  Təşkilatın inkişafına böyük tarixi töhfələr verdiyi nəzərə alınaraq Qoşulmama Hərəkatı təmsilçisi olan ölkələrin yekdil rəyi ilə Azərbaycanın quruma sədrliyi daha bir il - 2023-cü ilin sonunadək uzadılıb. Qoşulmama Hərəkatı BMT-dən sonra bütün dünyada ölkələri bir araya gətirən ikinci ən böyük təşkilatdır. Bu təşkilatda 120 ölkə təmsil olunur.

Xatırladaq ki, bu ilin 30 iyununda ölkəmizin paytaxtında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı keçirildi. Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı proqram xarakterli çıxışında müasir beynəlxalq münasibətlər sistemində  bu qurumun yerirolunu, həyata keçirdiyi missiyanı, qarşıya qoyduğu hədəfləri nəzərə çatdırdı. 

Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hə rəkatının Parlament Şəbəkəsi yaradıldı və Parlament Şəbəkəsinin ilk toplantısı keçirildi. Belə bir platformanın Qoşulmama Hərəkatının fundamental dəyər və prinsiplərinin təşviqində, təşkilata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasında çox mühüm rol oynayacağı şübhəsizdir.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslərin həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə yönəldiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib: "İndi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək".

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təkcə bu hərəkatdakı ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri quracaq. Qoşulmama Hərəkatının inkişafı üçün atılmış daha bir əhəmiyyətli addım isə məhz hərəkatın Gənclər Şəbəkəsinin qurulması olub. Gənclər şəbəkəsinin formalaşdırılması bu təşkilatın mühüm təşəbbüslərindən biri kimi dəyərləndirilir.

 

 Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 29 iyul.- S.6.